Gündəm

“Məzun evi”nin sakinləri “Hərəmiz bir ağac əkək” devizi altında ağacəkmə aksiyasına qoşulublar

21 Noyabr 2017 18:37

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsinin (Abşeron rayonu, Masazır kəndi) sakinləri də IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” devizi altında keçirilən yaşıllaşdırma aksiyasına qoşulublar.

Yutubdan daha bir yenilik

21 Noyabr 2017 18:34

“YouTube” sosial şəbəkəsinin mobil telefonlar üçün istifadəyə verilən proqramında daha bir yenilik ediləcək. Şirkətin yaydığı məlumata görə, mühəndislər mobil proqramda "qara rəngli" interfeysin tətbiqini aktivləşdirməklə, qaranlıqda “YouTube” servisində daha rahat video izləmək üçün şərait yaradacaqlar.

Aleyna təhsilini dondurub, Amerikaya getdi

21 Noyabr 2017 18:30

Müğənni Aleyna Tilki anası Havva Tilki ilə birlikdə Amerikaya uçub. İfaçı hava limanında kameralara tuş gəlib. Aleyna ingilis dilini təkmilləşdirmək üçün ABŞ-a yola düşüb. Bunun üçün o, Türkiyədəki təhsilini dondurub. Tilki Los-Ancelesdə təhsil alacağı məktəbi seçib, dekabrda ölkəsinə qayıdacaq. 

Kamal Abdulla Polşa səfiri ilə görüşüb

21 Noyabr 2017 18:27

Noyabrın 21-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, akademik Kamal Abdulla Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka ilə görüşüb. Səfiri universitetdə görməkdən məmnunluğunu bildirən rektor onu ADU-nun “Səfir saatı” klubunda mühazirə oxumağa dəvət edib. K.Abdulla ümid etdiyini bildirib ki, bu cür görüşlər təkcə tələbələr üçün deyil, səfir üçün də maraqlı olacaq.

Səhlab Bağırov: "Qarabağ" - "Çelsi" oyununda təhlükəsizlik tam təmin olunacaq

21 Noyabr 2017 18:25

Noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyununda azarkeşlərin təhlükəsizliyi tam təmin olunacaq. Bu barədə   Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov deyib. Rəis müavini bildirib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirlər planı təstiqləyib: "Cənab nazirin təstiq etdiyi tədbirlər planına uyğun olaraq, əraziyə polis qüvvəsi cəlb ediləcək və azarkeşlərin təhlükəsizliyi təmin ediləcək". S.Bağırov əlavə edib ki, futbol matçı zamanı ərazi tam mühafizə olunacaq.

“Kara Sevda” serialı mükafatlandırıldı

21 Noyabr 2017 18:25

Burak Özçivitlə Neslihan Atagülün baş rollarda çəkildiyi və izləyici sayına görə digər seriallardan öndə olan “Kara sevda” 45-ci “Emmi” mükafatlandırma mərasimində iştirak edib.

“4 dil bilir, ona görə fikrini səhv ifadə edib” - Vaqif Əsədov

21 Noyabr 2017 18:24

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov sürücünü hədələyən yol polisi ilə bağlı danışıb. 

Şərif Ağayardan yeni roman gəlir

21 Noyabr 2017 18:24

Yazıçı Şərif Ağayarın yeni romanı çap olunacaq. “Ağ göl” adlı roman 2018-ci ilin əvvəllərində “Qanun” nəşrlər evində işıq üzü görəcək.

SON DƏQİQƏ! İraqda partlayış - Onlarla ölü və yaralı

21 Noyabr 2017 18:17

İraqın şimal-şərqindəki Tuz-Xurmatu şəhərində güclü partlayış baş verib. Məlumata görə, partlayıcı maddə ilə yüklənmiş bazar yaxınlığında partladılıb. 

Əli Məsimli: "Gənclər ailə saxlaya bilmədiklərinə görə elmdən uzaqlaşırlar"

21 Noyabr 2017 18:10

"Azərbaycan büdcəsində ucuz neft və qeyri-müəyyən valyuta proqnozlaşdırılır. Büdcə qəbul edilənə qədər manatın da növbəti il üçün proqnozlaşdırılması ilə bağlı qərar verilməlidir". Bu sözləri millət vəkili Əli Məsimli Milli Məclisdə çıxışı zamanı deyib. O bildirib ki, 2013-cü ildən büdcənin neftdən asılılığını azaltmaq siyasəti həyata keçirilsə də, növbəti ildən büdcənin neftdən asılılığının artdığı müşahidə edilib: “Mərkəzi Bankın uçot dərəcəsi 15 faiz saxlanılsa, kreditlər o qədər yüksək faizlə olacaq kı, sahibkarlar üçün problemlər yaranacaq. Faiz dərəcəsi yüksəkdirsə, bu faizin bir hissəsinin ödənilməsi üçün əlavə fond yaradıla bilər. Manat asılılığını aradan qaldırmaq üçün müsbət yanaşma olardı. 2018-ci ildə dövlət büdcəsinin sosial yönümünün davam etdiriləcəyi göstərilir. Büdcə xərcləri sturukturuna baxanda sosial xərclərə ayrılan vəsaitin 148 milyon manat, 2.2 faiz artığını görürük. Bu isə əsaslı xərclərdən çox aşağıdır. Bununla yanaşı, problemli kreditlərini həll etmədən maliyyə sağlamlığına nail olmaq mümkün deyil”.

İtaliyada taksi tapmaq mümkün deyil - Tətil başladı

21 Noyabr 2017 18:08

Bu gün İtaliyada taksi sürücülərinin ümummilli tətili keçirilir. Məlumata görə, paytaxt Romada və digər şəhərlərdə yerli vaxtla saat 08:00-dan 22:00-dək taksi fəaliyyəti dayandırılacaq.

Sosial mənzil layihəsi regionlarda da həyata keçirilsin - TƏKLİF

21 Noyabr 2017 18:07

Bakıda reallaşdırılan sosial mənzil layihəsi regionlarda da həyata keçirilməlidir. Bu təkliflə Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman çıxış edib. A.Mirzəzadə qeyd edib ki, regionlarda seçicilərlə görüşlər zamanı onlar da bu məsələnin həyata keçirilməsini istəyirlər.

Prezident İlham Əliyev livanlı həmkarını təbrik edib

21 Noyabr 2017 18:05

Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Mişel Auna təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Livan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Avropa Olimpiya Komitəsinin Baş Assableyasının iclası keçiriləcək

21 Noyabr 2017 18:01

23-25 noyabr tarixlərində Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsininın iclası və 46-cı Baş Assambleyas keçiriləcək. “OLAYLAR”-a MOK -un mətbuat xidmətindən bildirilib ki, tədbirdə Azərbaycan nümayəndə heyətini gənclər və idman naziri Azad Rəhimov, AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibin müavini Azər Əliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzov təmsil edirlər.

Dini Komitə Şamaxıda regional konfrans keçirib

21 Noyabr 2017 17:59

Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda regional konfrans keçirilib. “OLAYLAR”-ın xəbərinə görə,  konfransdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri qoyublar.