Gündəm

2017-ci ilin ən yaxşı texnoloji yenilikləri bəlli olub

21 Noyabr 2017 19:49

Yaponiyanın “Nintendo” şirkətinin “Switch” oyun konsolu ABŞ-ın nüfuzlu “Time” jurnalı tərəfindən tərtib edilmiş reytinqin birinci pilləsində qərarlaşıb. "Hibrid" konsol 6,2 düymlük displeyə malik planşet və “Joy-Con” adlı simsiz kontrollerlərdən ibarətdir.   Reytinqin ikinci pilləsində “iPhone X” smartfonu yer alıb. Reytinqin tərtibçiləri bildiriblər ki, “Apple” şirkətinin yeniliyi kifayət qədər bahalıdır, ancaq çərçivəsiz ekran və “Face ID” (sifətin tanınması sistemi) gələcəkdə smartfonlar üçün yeni standarta çevriləcək.

“5G NR” şəbəkəsinin ilk sınaqları keçirilib

21 Noyabr 2017 19:44

“Qualcomm Technologies”, “ZTE” və “China Mobile” şirkətləri “3GPP R15” standartı əsasında dünyada ilk kompleks “5G New Radio” sistemini yaradıb və uğurlu sınağını keçirərək yaxın bir neçə ildə “4G LTE” şəbəkəsini əvəz edəcək beşinci nəsil mobil rabitə şəbəkələrində şəbəkə avadanlığının və informasiyanın ötürülmə işini nümayiş etdirməyə nail olublar. Şirkətlərin nümayəndələri qeyd edib ki, “5G NR IoDT” arabağlantı sisteminin uğurlu birləşmə uyğunluğu “3GPP” standartı ilə uyğunluq təşkil edən şəbəkələrin və qurğuların sürətli inkişafı üçün “5G NR” texnologiyalarının ilkin kommersiyalaşdırılması sahəsində vacib addımdır. 

Smartfon istifadəçiləri ən çox hansı brauzerdən istifadə edirlər?

21 Noyabr 2017 19:36

"Androidpolice" nəşri öz oxucuları  arasında sorğu keçirib. Sorğunun məqsədi ən populyar brauzeri müəyyənləşdirmək olub. Sözügedən nəşr 5 brauzerdən birinə səs verməyi təklif edib: "Samsung Internet" (Browser), "Mozilla Firefox", "Opera Mini / Mobile", "Safari" və "Google Chrome".

Şamaxıda konfrans

21 Noyabr 2017 19:32

Noyabrın 21-də Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda regional konfrans keçirilib. Olaylar.az bildirir ki, konfransda rayonun dövlət qurumlarının rəsmi təmsilçiləri, Bilik Fondunun Şamaxı rayon nümayəndəsi Gülnurə Babaşova, Ağsu rayon nümayəndəsi Elman Qarayev, İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova, Fondun nəzdində fəaliyyət göstərən "Gənc jurnalistlər" Klubunun və "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun üzvləri,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri Rəhim Rəhimli, təhsil işçiləri, yerli ziyalılar, tələbələr və şagirdlər iştirak ediblər.

“Huawei Honor V10” smartfonunun fotoşəkilləri yayılıb

21 Noyabr 2017 19:28

Çinin “TENAA” Telekommunikasiya Avadanlığının Sertifikatlaşdırılması Mərkəzinin saytında buraxılışa hazırlaşan və istehsalçı tərəfindən rəsmən təqdim edilməyən “Huawei Honor V10” smartfonunun fotoşəkilləri yayılıb.     Saytda smartfon “BND-AL00” markası ilə qeyd edilib. Sertifikatlaşdırma mərkəzinin məlumatları smartfonun bütün ön paneli əhatə edən dizayn, qoşa əsas kamera, arxa paneldə barmaq izi skanerinə malik metal korpusla təchiz ediləcəyini təsdiq edir.  

Ən təhlükəli parollar açıqlanıb

21 Noyabr 2017 19:25

“Google” şirkəti kibertəhlükəsizlik mövzusunda ABŞ-ın Berkli Universiteti ilə birlikdə aparılan tədqiqatın nəticələrini açıqlayıb.   Məlumata görə, 2016-cı ildə 1 484 680 141 login, parol və digər fərdi istifadəçi məlumatları kibercinayətkarların əlinə keçib. Əksər məlumat sızması isə sadə parol qoyan istifadəçilərin payına düşüb.   Belə ki, ən populyar təhlükəli parol cinayətkarlar tərəfindən 6 milyon dəfədən çox tapılan “123456” olub. İkinci yeri ingiliscə parol mənasını verən “password” sözü tutub. Onun müdaxilə sayında payı 2 700 000 təşkil edib. Liderlər üçlüyünü 2 200 000 dəfədən çox yığılan “123456789” kombinasiyası tamamlayıb.

Məşhur avtomil istehsalçısı maşınlarını geri çağırır

21 Noyabr 2017 19:15

Yapon avtomobil istehsalçısı olan Honda 2013-2017-ci illərdə istehsal edilən Spirior və Elysion modellərini geri çağırır. Olaylar.az bildirir ki,  254.500 avtomobilin geri çağırılmasına səbəb kiçik texniki hissənin zaman keçdikcə zərər görəcəyi və bu problemin pilsuz həll ediləcəyi bildirilir.

Gənc Tamaşaçılarda həftəsonu

21 Noyabr 2017 19:10

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu öz tamaşaçıları və şəhərimizin qonaqları üçün maraqlı repertuar tərtib edib. Kollektiv noyabın 24-də saat 15:00-da ölməz M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” əsərini, axşam saat 1900-da teatrın kiçik səhnəsində istedadlı yazıçı-dramaturq T.Vəliyevanın “Cəza” adlı təkadamlıq psixoloji oyun dramını nümayiş etdirəcəkdir. Həftənin şənbə günü 25 noyabr tarixində axşam saat 19:00-da Y.Abramov. L.Bəyimin “Yarımçıq qalmış” , noyabrın 26-sı saat 19:00-da isə Ə.Əmirlinin “ Hasarın o üzü” tamaşaları təqdim ediləcəkdir.

"Barselona" qışda Özili ala bilər

21 Noyabr 2017 19:00

Qış transfer pəncərəsi dövründə "Barselona" "Arsenal"dan Məsut Özili heyətinə cəlb edə bilər. Alman əsilli türk futbolçu üçün 20 milyon avro təzminat ödəməyə hazırdır. Bu transfer "Barselona"nın "Liverpul"dan almaq istədiyi Felippe Koutinyoya alternativ olaraq həyata keçirilə bilər.

"Asu" onu sevdiyini söyləyən rəfiqəsini həbs etdirə bilmədi

21 Noyabr 2017 18:53

2011-ci ildə "Türkiyə gözəli" seçilən Melisa Aslı Pamuk ona aşiq olan rəfiqəsi Elif Atbaş və dostu Yasin Dumanı həbs etdirə bilməyib. 

“Real Madrid” argentinalı ulduz üçün sərvət ödəməyə hazırlaşır

21 Noyabr 2017 18:48

"Real Madrid" klubu "Mançester Siti"nin hücumçusu Serxio Aquero üçün sərvət ödəməyə hazırlaşır. Klub 29 yaşlı ulduz futbolçunun transferinə 67 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Konte: ""Qarabağ" son 2 oyunda əla çıxış edib"

21 Noyabr 2017 18:43

"Çelsi"nin baş məşqçisi Antonio Konte İngiltərə mətbuatına "Qarabağ"la oyundan danışıb. İtaliyalı mütəxəssis matçın çətin keçəcəyini bildirib.  Konte Ağdam klubu üzərində qələbənin onların növbəti mərhələyə keçməsi üçün ən böyük şans olduğunu deyib: "Qarabağ" üzərində qələbə qazansaq, bu möhtəşəm olacaq. Həm də bu qalibiyyət bizi növbəti mərhələyə daşıyacaq. Amma Azərbaycan klubu üzərində qələbə çox çətin başa gələcək. Çünki onlar son iki oyunda əla çıxış ediblər. "Atletiko" ilə 2 heç-heçə bunun sübutudur. Həmçinin "Roma" "Qarabağ"a çox çətinliklə qalib gəldi. Çox çalışmalıyıq".

Super Liqa klubundan diqqətçəkən təyinat

21 Noyabr 2017 18:38

Türkiyənin "Gənclərbirliyi" klubunun yeni baş məşqçisi müəyyənləşib. Ötən gün Məsut Bakkalla yolları ayıran Super Liqa təmsilçisinin rəhbərliyi bu posta Ümit Özatı təyin edib. Bu barədə klubun prezidenti Murat Cavcav məlumat verib.