Gündəm

İstefa verən baş nazir ölkəsinə qayıtdı

22 Noyabr 2017 09:40

Səudiyyə Ərəbistanında noyabrın 4-də tarixində Livanın baş naziri postundan istefa verdiyini açıqlayan Saad Həriri bu qərardan 17 gün sonra ölkəsinə qayıdıb. Keçmiş baş nazir noyabrın 22-də bayram edilən Müstəqillik günü münasibətilə ölkəsinə geri dönəcəyini daha əvvəl elan etmişdi.

Xəzərdə zəlzələ

22 Noyabr 2017 09:39

Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, təkanlar yerli vaxtla saat 08:36:11-də qeydə alınıb.

Dünyanın ən təhlükəsiz şəhərləri - SİYAHI

22 Noyabr 2017 09:15

“Travelbird” səyahət saytı dünyanın ən təhlükəsiz şəhərlərinin siyahısını tərtib edib. Siyahı şəhərlərin siyasi, iqtisadi, sosial vəziyyətinə uyğun olaraq tərtib edilib. Beləliklə, dünyanın ən təhlükəsiz şəhəri siyahısına BƏƏ-nin paytaxtı Abu-Dabi başçılıq edib. Abu-Dabini İsveçrənin Bern və Almaniyanın Münhen şəhəri izləyib.

İnterpol azərbaycanlı qatili axtarır

22 Noyabr 2017 09:01

İnterpol daha bir azərbaycanlını axtarışa verib. 1990-cı il təvəllüdlü İbrahim Muxtarov qəsdən adam öldürməkdə təqsirləndirilib. Hüquq-mühafizə orqanları tərəfindən İ.Muxtarov barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

Yaşlı kişiləri ehtiraslandırıb soydular 

22 Noyabr 2017 08:59

Ankarada yaşlı kişilərin erogen zonalarına toxunaraq onları soyan dəstə həbs edilib. Dəstənin iki qadın və bir kişi üzvü olub. Onlar yaşlılardan ümumilikdə 8 min manata yaxın pul oğurlayıblar.

UNİCEF: 180 milyon uşağı daha pis gələcək gözləyir

22 Noyabr 2017 08:55

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNİCEF) dünyada milyonlarla uşağın 20 il öncəki dövrlə müqayisədə daha çətin və təhlükəli şərtlər altında yaşadığını açıqlayıb. Fondun Dünya Uşaq Hüquqları günü münasibətilə yayımladığı sənəddə hazırda məktəbə gedən uşaqların sayının azaldığı və şiddət səbəbilə ölən uşaqların sayının artdığı bildirilib. Sənəddə dünya üzərində hər 12 uşaqdan birinin yoxsulluq içində yaşadığı, məktəbə getmədiyi və ya şiddətin qurbanı olduğu da qeyd edilib.

İraqda növbəti terror

22 Noyabr 2017 06:47

İraqda növbəti terror aktı törədilib. Hadisə Tuz-Hurmatu şəhərində baş verib. Avtomobildə olan terrorçu-kamikadze şəhərin bazar meydanında partlayıcı qurğunu işə salıb.

Facebook artıq ən dəyərli sosial şəbəkə deyil

22 Noyabr 2017 06:44

Çinin sosial mesajlaşma və mobil sistemi “WeChat”ın sahibi “Tencent” firması “Facebook”u keçərək dünyanın ən dəyərli sosial media şirkəti olub. Honq-Konq birjasında bazar qiyməti gün ərzində 2,38 % artaraq 523 milyard dollara çatan “Tencent Holdings” “Facebook”u geridə qoyub.

Təyyarə eniş edə bilmədi

22 Noyabr 2017 06:42

Moskvadan Soçiyə uçan təyyarə güclü külək səbəbi ilə hava limanında eniş edə bilməyib. Təyyarə ehtiyat hava aerodromda eniş etmək məcburiyyətində qalıb.

Putinlə Trampın telefon söhbətinin detalları məlum oldu

22 Noyabr 2017 06:38

Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp arasında telefon söhbətinin gedişatında Suriya, İran, Əfqanıstan, Koreya Xalq Demokratik Respublikası və Ukrayna mövzuları müzakirə edilib. Bu haqda Ağ Evin nümayəndəsinə istinadən “Blomberg” agentliyi bildirib. Agentliyin həmsöhbətinin sözlərinə görə, söhbət bir saata yaxın davam edib.

"Qarabağ" - "Çelsi" oyunu ilə bağlı AZARKEŞLƏRƏ MÜRACİƏT

22 Noyabr 2017 06:36

Bakı Olimpiya Stadionu və “Qarabağ” klubu bu arenada “Çelsi” ilə keçiriləcək oyunla əlaqədar azarkeşlərə müraciət ünvanlayıblar. Bu barədə Ağdamın “Qarabağ” klubunun və Bakı Olimpiya Stadionunun rəsmi saytları məlumat yayıb, oyun üçün stadiona gəliş-gediş sxemi təqdim edilib. Azarkeşlərdən xahiş olunur ki, stadiona gələrkən “E” qapısından çıxıb şərq körpüsündən və “S” qapısından keçib cənub körpüsündən istifadə etsinlər.

34 il əvvəl zorladığı uşaqla bir HƏBSXANADA: Filmlərə mövzu olacaq CİNAYƏT

22 Noyabr 2017 06:34

İngiltərənin Mançester şəhərinin sakini 34 il əvvəl etdiyi təcavüzə görə cəzalandırılıb. Cinayətin üstü təsadüfən açılıb. 1981-ci ildən 15 yaşlı Geri Mottersxed qonşuların uşaqlarına baxaraq pul qazanırdı. Bir dəfə onu altı yaşlı oğlana baxmağa çağırdılar. Geri özü ilə şərab gətirərək onu uşağa içirib. Daha sonra isə uşağı seksə məcbur edib. O, 1983-cü ilə qədər bir neçə dəfə oğlana “baxmağa” gəlirdi. Yeniyetmə uşağı şantaj edirdi və bildirirdi ki, “kiçik sirr” haqqında kiməsə danışsa, onun böyük bacısını zorlayacaq. Nəticədə, 6 yaşlı oğlan susmağa məcbur olub.

Azərbaycanlı milyarder  saxlanıldı

22 Noyabr 2017 06:28

Rusiya Federasiya Şurasının üzvü, Azərbaycan əsilli Rusiya milyarderi Süleyman Kərimov Fransanın Nitsa şəhərinin aeroportunda saxlanılıb. Bu haqda Rusiyanın Fransadakı səfirliyinin nümayəndəsi “RİA-Novosti” agentliyinə bildirib. O, hazırda polis bölməsindədir. Vilfranş-syur-Merdəki Rusiya baş konsulluğunun əməkdaşları senatorla görüşə biliblər.

Məktəblilər Fikrət Əmirovun əsərlərini təhlil etdilər

21 Noyabr 2017 19:55

Noyabrın 21-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin F. Əmirov adına 6 nömrəli İncəsənət Məktəbində böyük Azərbaycan bəstəkarı F. Əmirovun anadan olmasının 95, adını daşıdığı məktəbin isə təsis olmasının 55 illiyinə həsr olunmuş “F. Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı şagirdlərin ikinci elmi-ifaçılıq konfransı keçirilib. Olaylar.az  bildirir ki, konfransda məktəbin direktoru, Əməkdar Müəllim, professor Adilə Yusifova rəhbərlik etdiyi təhsil ocağının keçdiyi şərəfli tarixi yola nəzər salıb.