Bu il qəbul imtahanlarında 2472 nəfər 600 baldan yuxarı nəticə göstərib

Noyabrın 21-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Ali təhsildən gözləntilər” mövzusunda seminar keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, seminarda Təhsil Nazirliyinin nümayəndələri, media kapitanları, təhsil ekspertləri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri və KİV təmsilçiləri iştirak edib.

Noyabrın 21-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Ali təhsildən gözləntilər" mövzusunda seminar keçirilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, seminarda Təhsil Nazirliyinin nümayəndələri, media kapitanları, təhsil ekspertləri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri və KİV təmsilçiləri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd son 4 ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrində müşahidə olunan müsbət dinamika barədə məlumat verilməsi və ali təhsildə qarşıda duran vəzifələrin müzakirə edilməsi olub.

Seminarda "Tələbə qəbulunun nəticələrinin təhlili" mövzusunda təqdimatla çıxış edən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev son 4 tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı məlumat verib, qəbul imtahanlarının nəticələrində müsbət dinamikanın müşahidə edildiyini vurğulayıb. Bildirilib ki, son illərdə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisi artıb. Müsbət dinamika bütün ixtisas qrupları üzrə də müşahidə olunub. Bu il qəbul imtahanlarında 2472 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz artıb. Seminarda qeyd olunub ki, bu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayı ötən illərlə müqayisədə artaraq 5410 nəfər təşkil edib. Ali təhsil müəssisələrində Dövlət Proqramı ilə xaricdə təhsil almış 100-dən çox əməkdaş çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31