Gündəm
Ukrayna Saakaşvilini deportasiya edir
Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili 1 həftə ərzində ölkədən xaric ediləcək. Ukraynanın hakimiyyət orqanları tərəfindən yayılan məlumata görə, M.Sakaşvili Gürcüstana deyil, 3-cü bir ölkəyə departasiya ediləcək.
Fransa XİN: Dağlıq Qarabağı tanımırıq
Bizim mövqeyimiz aydındır. Biz Dağlıq Qarabağı tanımırıq. Bunu Fransanın Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər. Fransa XİN-dən bu ölkənin Azərbaycandakı səfirliyi vasitəsilə bildirilir ki, hökumət Alforvil bələdiyəsi tərəfindən imzalanan "xartiya"ya riayət etməyə məcbur deyil.
Elman Rüstəmov: “İnflyasiya bizim başlıca problemimizdir”
“İnflyasiya bizim başlıca problemimizdir. Mən bununla tam razıyam”. “Olaylar” xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib. O, qeyd edib ki, inflyasiyanın son illərdə başlıca drayveri olan kurs məsələsi sabitləşdirilib: “Mərkəzi Bank inflyasiyanı nəzərə alaraq konservativ monetar siyasət həyata keçirir. Çünki inflyasiya əhali, onun real gəlirləri üçün real təhlükədir və avtomatik vergidir. Ona görə bizim və hökumətin başlıca qayğısı inflyasiya və qiymət sabitliyi olmalıdır.
"Türk Hava Yolları" görmə qabiliyyəti məhdud sərnişinlər üçün yeni xidmətini istifadəyə verib
"Türk Hava Yolları" görmə qabiliyyəti zəif olan sərnişinlərin həyatını asanlaşdıracaq yeni həll hazırlayıb. “OLAYLAR”-ın xəbərinə görə, qlobal aviadaşıyıcı görmə qabiliyyəti məhdud sərnişinlər üçün yeni xidməti istifadəyə verib. Bu xidmətə əsasən, onlar İstanbul Atatürk Hava Limanının beynəlxalq terminalında yerləşən xüsusi qeydiyyat masasından Braylın şrifti ilə yazılmış minik talonu əldə edə bilərlər.
Ədalətsiz Avropanın ədalətsiz hakimləri “Qarabağ”a qarşı oynadi
Azərbaycanın futbol tarixində ilk dəfə olaraq , çempionlar liqasına vəsiqə qazanmış doğma “QARABAĞ” futbol komandamıza qarşı avropalı hakimlər tərəfindən ardıcıl şəkildə göstərilən qırmızı vərəqələr heç də təsadüfi hal deyildir.
Düşmən 122 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.
ABŞ Suriyadakı hərbi gücünü qorumaq niyyətindədir
İraqın baş naziri Heydər əl-Abadi ölkə ərazisində İŞİD terror təşkilatının hərbi məğlubiyyətə uğradıldığını elan etmişdi. ABŞ hakimiyyəti Suriyanın şimalında İŞİD terror qruplaşmasının məhv ediləməsinin ardından ölkədə öz hərbi gücünü saxlamağı planlaşdırır.
Rusiyalı sahibkar 5 milyon avro müqabilində azadlığa buraxıldı
Fransanın Nitsa şəhərində həbs olunan Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov azadlığa buraxılıb. Bu barədə Nitsa şəhər prokurorluğu məlumat yayıb. Prokuror Jan-Mişel Pretr K.Süleymanın 5 milyon avro məbləğində girov müqabilində azadlığa buraxıldığını təsdiqləyib. S.Kərimova qəti şəkildə Fransanı tərk etmək qadağan olunub.
Mətanət İsgəndərli valideyinlərinin fotosunu paylaşdı
4 qadına təcavüzdə ittiham edilir - Bill Klinton
Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Bill Klintona qarşı daha bir təcavüz iddiası irəli sürülüb. "Daily Mail" nəşri yazır ki, "Nyu York Tayms Maqazin" jurnalının sabiq baş redaktoru Edvard Klein "Yekun müharibə: Trampı məhvetmə nəzəriyyəsi" adlı kitabında 71 yaşlı Klintonun hakimiyyətdən getdikdən sonra 2000-ci illərdə yetkinlik yaşına çatmamış 4 qıza təcavüz etdiyini yazıb.
Səbinə Ərəbli - “Muğamat var olan yerdə” layihəsində
Beynəlxalq Muğam Mərkəzində “Muğamat var olan yerdə” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim edilib. Olaylar.az bildirir ki, konsert “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
“Feysbuk”un keçmiş idarəçisi şirkətin bütün sirlərini açdı
Sosial medianın nəhəng proqramlarından “Feysbuk”un gizlilik səlahiyyətlərini daşıyan keçmiş idarəçisi Sandi Parakilas proqramın sirləri haqqında danışıb. Sandi “Feysbuk”un üzv bilgilərinin istifadəsi mövzusunda qoruyucu siyasətinin olmadığını və bu vəziyyətin reklam verənlərə əlverişli şərait yaratdığını bildirib. Sandi sosial media nəhənginin istifadəçilərin təhlükəsizliyindən daha çox reklam yerləşdirənlər üçün informasiya toplamaqda maraqlı olduğunu açıqlayıb.
"Atletiko" "Qarabağ"ı qrupda saxladı
"Qarabağ" klubu avrokuboklarda növbəti mərhələyə yüksələ bilməyib. Azərbaycan təmsilçisinin C qrupunu 4-cü pillədə başa vuracağı məlum olub. Bu, V turun hər iki oyunu yekunlaşdıqdan sonra dəqiqləşib. 2 xala malik "Qarabağ" evdə İngiltərənin "Çelsi" klubuna uduzduqdan sonra Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə şanslarını itirib. Qrupun digər matçında isə "Atletiko" İspaniyada İtaliya "Roma"sını 2:0 hesabı ilə yenərək, xallarını 6-ya çatdırıb.
Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralandı
Əfqanıstanda Baqram hərbi aviasiya bazası ərazisində Gürcüstan Silahlı Qüvvələrinin üç hərbçisi yaralanıb. Hərbçilər yüngül yara alıblar və hərbi bazanın xəstəxanasına yerləşdiriliblər. Sülhməramlıların vəziyyəti sabitdir və həyatları təhlükədə deyil.
“Hakimdən ağılsız qərar” – İngiltərə mətbuatı
Çempionlar Liqasının qrup mərhələsinin V turunda doğma meydanda “Çelsi” ilə qarşılaşan “Qarabağ” böyükhesablı məğlubiyyətə üzülüb. Görüşün 18-ci dəqiqəsində portuqaliyalı hakim Manuel De Souzanın verdiyi penalti qərarı və Rəşad Sadıqova göstərdiyi qırmızı vərəqə geniş müzakirələrə səbəb olub.














