Ədalətsiz Avropanın ədalətsiz hakimləri “Qarabağ”a qarşı oynadi
Azərbaycanın futbol tarixində ilk dəfə olaraq , çempionlar liqasına vəsiqə qazanmış doğma “QARABAĞ” futbol komandamıza qarşı avropalı hakimlər tərəfindən ardıcıl şəkildə göstərilən qırmızı vərəqələr heç də təsadüfi hal deyildir.
23 Noyabr 2017 11:09 İdmanAzərbaycanın futbol tarixində ilk dəfə olaraq , çempionlar liqasına vəsiqə qazanmış doğma "QARABAĞ" futbol komandamıza qarşı avropalı hakimlər tərəfindən ardıcıl şəkildə göstərilən qırmızı vərəqələr heç də təsadüfi hal deyildir. "OLAYLAR"-ın xəbərinə görə. belə bir açıqlama ilə çıxış edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib ki, "Qarabağ" komandasının güclü oyun nümayiş etdirərək , çempionlar liqasında oynaması bir sıra ermənipərəst avropalı dairələri çox narahat etməyə başlayıb: "Qarabağ komandasının bu uğuru ,eyni zamanda , ölkəmizin xarici siyasət diplomatiyasına da böyük dəstək olduğundan , nəyin bahasına olursa -olsun komandamızı mümkün qədər sındırmağı qarşısına məqsəd qoyub. Beləliklə də , Avropanın növbəti dəfə ikili standartlardan irəli gələn saxta və qərəzli , ksenofob , irqçi mahiyyəti bu futbol oyunlarında da avropalı hakimlərin timsalında açıq -aşkar göründü". Rufiz Qonaqov qeyd edib ki, Avropanın illərdir dünyaya öyrətmək istədiyi "demokratiya" budur: "Saxta , yalan və maraqlar üzərində qurulmuş ikili "avropa demokratiyası "Bütün bunlara rəğmən Azərbaycanın "Qarabağ" futbol klubu və onun baş məşqçisi Qurban Qurbanov , Olimpiya stadionuna toplaşmış Qararabağsevərlər öz təmkini və müdrikliyi ilə bütün avropaya nümunə oldu."QARABAĞ" nəticədən asılı olmayaraq, güclü və qalib komanda olduğunu bununla da , bir daha sübuta yetirdi".