Gündəm
Jurnalist Natiq Qədimov vəfat edib
Tanınmış idman jurnalisti, uzun illər ANS-dəki fəaliyyəti ilə tanınan, hazırda APA TV-də çalışan Natiq Qədimov dünyasını dəyişib. 41 yaşlı jurnalistin ürəktutmasından vəfat etdiyi bildirilir.
Aralıq dənizində miqrantlar xilas edildi
Türkiyədə zəlzələ
Mariya Şarapovanın adı dələduzluq qalmaqalında hallanır
Bir vaxtlar dopinq qalmaqalı yaşayan məşhur rusiyalı tennisçi Mariya Şarapovanın adı bu dəfə mənzil fırıldağında hallanır. Şarapovanın mənzil dələduzluğu ilə məşğul olan tikinti şirkətinə dəstək olduğu bildirilir. Məlumata görə, idmançı xanım 2013-cü ildə mənzil tikintisi ilə məşğul olan şirkətin kampaniya üzvü olub. Şirkət Şarapovanın adından istifadə edərək müştəriləri aldatmaq yolu ilə 10 milyonlarla dollar gəlir əldə edib.
“Twitter” üçün yeni əlavə videonun telefondan translyasiyasına imkan verəcək
“Twitter” şirkəti tezliklə “YouTube” xidmətinə rəqib olacaq axınlı video servisini istifadəyə verib. Məlumata görə, yeni pulsuz “Periscope” əlavəsi axınlı videonu smartfondan istifadəçinin “Twitter” səhifəsinə onlayn rejimdə translyasiya etməyə imkan verir. Bundan başqa, video ilə yanaşı, səs və coğrafi koordinatları ötürmək mümkündür. Canlı yayım zamanı “Periscope” səhifə istifadəçilərinin şərhlərini və “Bəyənmə” saylarını izləyir. İstifadəçilərin 24 saat ərzində istifadə edə biləcəkləri videonun reytinqi bu göstəricilərdən asılı olur.
Saçları nəmləndirən MAYONEZ MASKASI
Mayonez maskası həm tərkibində kimyəvi maddə olmayan, həm də saça olduqca fayda verən maska kimi tanınır. Saçları nəmləndirdiyi üçün daha çox quru saç tipi olanların istifadə etməsi məsləhətdir. Ailem.az mayonez maskası hazırlamaq istəyənlərə resepti təqdim edir.
“Kinder”, yoxsa “ölüm sürprizi”? - Tərkibində ölümcül maddə tapıldı
"Kinder sürpriz”də kanserogen maddə tapılıb. Bu haqda Almaniyada istehlakçıların hüquqlarını müdafiə edən təşkilat məlumat yayıb. Nüfuzlu xarici KİV-də yazılıb ki, üzərində ekspertiza aparılan 5 məhsulda mineral yağların təhlükəli konsentrasiyasının normadan artıq olduğu üzə çıxıb. Bu yağlar adətən neft emalı prosesində yaranır.
Orxan Facebook-da bacısına yazan dostunu bıçaqladı: Bacım barəsində şayiələr yaydı
Türkiyənin Adana şəhərində yaşayan Orxan Ü. həbs edilib. O, Facebook-da bacısını təhqir edən Fərdi A. və anası Pərvin A.-nı bıçaqlamaqda təqsirli bilinir. Fərdi A. dostu Oxan Ü.-nün bacısını sosial şəbəkədə paylaşdığı şəkillər haqqında "Bu yaxşı ayaq deyil. Maşını necə alıb" şərhini yazaraq qalmaqalın əsasını qoyub.
"Seçilməyim üçün cinsi əlaqə təklif etdi" - Aktrisadan gözyaşı içində ŞOK ETİRAF
ABŞ-lı 65 yaşlı rejissor Oliver Stoun da təcavüz qalmaqalında adı hallanan məşhurlar arasına qatılıb. Aktrisa Melissa Gilbert (53) "The Doors'" adlı filmin 1991-ci ildəki çəkilişləri zamanı Oskar mükafatçısı olan rejissor Oliver Stounun onu zorladığını bildirib.
“Uber”-də 57 milyonluq OĞURLUQ
İnternet vasitəsilə xidmət göstərən “Uber”taksi şirkətinə kiber hücumlar nəticəsində 57 milyon istifadəçisinin məlumatları oğurlanıb. Şirkət bu barədə açıqlama yayıb.
ŞOK: 37 yaşlı qadının 38 uşağı var
Uqandanın Kambirbiri kəndində yaşayan 37 yaşlı qadının 38 uşağı var. Afrikalı Marian Nabatanzinin ilk uşağı 12 yaşında dünyaya gəlib. Hazırda qadının ən balaca övladı 4 aylıq, böyüyü isə 25 yaşındadır.
“Linux” sistemi üçün yeni virus aşkarlanıb
“Doktor Veb” antivirus şirkəti “Linux” nüvəli əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən kompüterlərə hücum edən yeni virus aşkarlayıb. “Linux.BackDoor.Hook.1” adlı troyan bir sıra proqramlar tərəfindən sıxma və açma funksiyaları üçün istifadə olunan “libz” proqramında aşkar edilib. Zərərli proqram yalnız “SSH” protokolu ilə məlumat mübadiləsini təmin edən binar fayllarla işləyir.
Şəkil üzrə xəstəliyi müəyyənləşdirən yeni mobil proqram yaradılıb
“Apple” korporasiyasının rəhbəri Tim Kuk bu yaxınlarda müsahibə zamanı yeni “VisualDx” proqramı haqda məlumat verib. Alimlər bu proqramı mühəndis və proqramçılarla birgə yaradıblar.
Populyar saytlar istifadəçilərin aktivliyini izləyir
İnternet saytları istifadəçilərin aktivliyini izləyir. Bunun əksər istifadəçilərin xoşuna gəlməməsinə baxmayaraq burada qeyri-adi heç nə yoxdur. Bununla belə, Priston Universitetinin alimləri tərəfindən aparılan yeni tədqiqatdan məlum olub ki, istifadəçilərin onlayn izlənilməsi çoxlarının fikirləşdiyindən daha sadədir.
Çərçivəsiz displeyə malik smartfon təqdim olunub
Çinin “Honor” şirkəti “Honor 7X” smartfonunu təqdim edib. Bu smartfon orta qiymət kateqoriyasına aiddir, amma bu il təqdim edilmiş bir sıra qabaqcıl qurğular kimi kiçik çərçivəli ekranla təchiz edilib.














