Gündəm
İtkin düşmüş alpinistlərin axtarışı ilə əlaqədar FHN-nin Şimal Regional Mərkəzində Qərargah yaradılıb
Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmamış "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.
Cari ildə vərəmlə bağlı fəaliyyəti planı müvəffəqiyyətlə icra edilib
"2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı"nın icrası məqsədi ilə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 2017-ci il üçün Fəaliyyət Planı hazırlayıb və müvəffəqiyyət ilə icra edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, proqramının həyata keçirilməsi üzrə təşkilati tədbirlərdən biri də vərəmin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması olub.
Polad Alemdar ekranlara qayıdır
“Kurtlar vadisi”nin Polad Alemdarı Necati Şaşmaz ekranlara qayıdacağını açıqlayıb. Aktyor “Kurtlar vadisi xaos” adı ilə serialın fevraldan yayımlanacağını bildirib: “Serialın ssenarisini bitirmişik.
Rafael Qvaladze Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib
Prezident İlham Əliyev Rafael Qvaladzenin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rafael Dadaşov: "Sənətkar Barbra Streyzanddır"
"Status" verilişində "Kimə sənətkar, kimə sənətçi demək olar?" mövzusu müzakirə edilib. Proqramın qonağı olan xalq artisti Rafael Dadaşov məsələyə münasibət bildirib. Aktyor "sənətkar" kəlməsini müzakirə edib və hər kəsin özünə bu adı qoymasını qınayıb: "Sənətkar sözünü atam, anam timsalında olanlara deyə bilərəm. Barbra Streyzand müğənnidir və dünyada məşhur sənətkardır. "Sənətkar olmaq istəyirəm" sözünü demək mümkün deyil.
Azərbaycana gətirilən incəsənət əsərlərinin gömrük rüsumu 10 dəfə artırılır
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən incəsənət əsərləri, kolleksiya əşyaları və əntiq əşyalara tətbiq edilən gömrük rüsumları dəyişəcək. Məlumata görə, bu,Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
UEFA azərbaycanlı hakimə dəvət göndərib
FİFA dərəcəli hakim Əliyar Ağayev UEFA-dan növbəti dəfə dəvət alıb. Bu barədə apasport.az saytına AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
Moskvada "Menşevik" fabrikində atəş açan şəxs qaçıb
Moskva şəhərindəki “Menşevik” fabrikində bu gün səhər saatlarında atəş açan şəxsin axtarışı başa çatıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, polis və qvardiya tərəfindən aparılan axtarış zamanı İlya Averyanovun fabrikdə olmadığı müəyyənləşib. O, polis fabriki mühasirəyə almazdan öncə qaçıb.
Rusiyada nazirlərin əməkhaqları açıqlanıb - Maliyyə naziri I yerdə
Rusiyanın Maliyyə Nazirliyi federal dövlət orqanlarında işləyən rəsmilərin orta aylıq əməkhaqqının məbləğini açıqlayıb. Məlumata görə, dövlət qurumları arasında ən çox əməkhaqqını maliyyə-iqtisadi nazirliklərin rəhbərləri alır.
DİM hansı rayonların müəllimlərinin fəaliyyətini yüksək qiymətləndirdiyini açıqladı
Dövlət İmtahan Mərkəzi (DİM) daha çox hansı rayonlar üzrə nəzarətçi-müəllimlərin fəaliyyətinin yüksək qiymətləndirildiyini açıqlayıb. Mərkəzdən verilən məlumata görə, Gəncə şəhəri üzrə 308, Lənkəran şəhəri üzrə 183, Şəki şəhəri üzrə 179, Xaçmaz şəhəri üzrə 115, Göyçay şəhəri üzrə 88, Bərdə şəhəri üzrə 23, Naxçıvan şəhəri üzrə 61, Şirvan şəhəri üzrə 50 nəzarətçi-müəllimə indiyə qədər keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə təşəkkür elan edilib.
Xoşqədəm: "Qorxduğum üçün ikinci dəfə 20 il sonra ailə qurdum"
"Qadınlar ikinci dəfə ailə qurmaqdan qorxur. Analar da övladını ikinci dəfə evləndirməkdən çəkinir". Bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində deyib. İkinci dəfə ailə qurmasından danışan aparıcı bildirib ki, bu addımı qorxaraq atıb: "Mən ikinci dəfə 20 il sonra ailə qurmuşam. Çünki qorxurdum. Yaxşı ki, mənim qızım yoxdur. Amma qızım olsaydı da qorxacaqdım. Çalışardım ki, övladım birinci ailəsi ilə xoşbəxt olsun".
Klub direktoru: "Alpinistlərin axtarışları davam etdirilir"
"İtkin düşən alpinistlərin axtarışı ilə bağlı hələ ki, nəticə əldə olunmayıb". Bunu açıqlamasında "Gilavar" - hava və ekstrim idman klubunun direktoru Ziya Qasımov deyib. O bildirib ki, hazırda axtarış işləri davam etdirilir.
Paytaxt əhalisinin xərclərinin yarıdan çoxu ərzaq və yanacağın payına düşür
2017-ci ilin yanvar-noyabr aylarında paytaxt əhalisinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 21 mlrd. 964,1 mln. manat olmaqla 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,2% artıb.
Ərdoğan: "Bəşər Əsəd terrorçudur"
"Bəşər Əsəd dövlət terroru həyata keçirmiş terrorçudur". Məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tunisə səfəri çərçivəsində həmkarı El-Baci Kaid es-Sibsi ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
İran parlamentində Fələstinlə bağlı QƏRAR
İran parlamenti Fələstin xalqının İslam İnqilabına dəstək layihəsini təsdiqləyib. Səsvermədən öncə bir maddəlik layihəyə bir qeydin artırılması məsələsi müzakirəyə çıxarılıb.














