Gündəm
Uşaqlar güllələndi - 7 yaralı
Türkiyənin Qaziantep vilayətində bir məktəbin ərazisində futbol oynayan uşaqlara silahlı hücum olub. Kimliyi hələlik dəqiq bilinməyən şəxs tərəfindən uzun lüləli silahla açılan atəş nəticəsində 5-i şagird olmaqla, 7 nəfər yaralanıb.
“Facebook” messenceri vasitəsilə yeni virus mayner yayılır
“Facebook” sosial şəbəkəsinə məxsus messencerdə “Digmine” virus mayneri yayan yeni bot peyda olub. Artıq Cənubi Koreya, Vyetnam, Azərbaycan, Ukrayna, Tailand və Venesueladan olan istifadəçilər sözügedən zərərverici proqram təminatının qurbanı olublar.
Köhnə sistemli smartfonlarda “WhatsApp” messenceri dəstəklənməyəcək
“WhatsApp” messenceri 1 yanvar 2018-ci ildən etibarən “Windows 8.0” (həmçinin sonrakı versiyalar), eləcə də “BlackBerry OS” və “BlackBerry 10” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonların dəstəklənməsini dayandıracaq. Bu barədə “International Business Times” nəşri məlumat verib.
“Ağıllı” daşınan kamera təqdim olunub
"Ubiquiti Labs" şirkəti əlamətdar anları çəkməyə kömək edəcək "ağıllı" "FrontRow" daşınan kamerasını təqdim edib.
“Phone Arena” nəşri 2017-ci ilin ən yaxşı smartfonunu müəyyənləşdirib
“Phone Arena” nəşri oxucuların sorğusu əsasında 2017-ci ilin ən yaxşı smartfonunu müəyyənləşdirib.
Orbiti müstəqil dəyişən peyklərin sınaqları keçirilir
Avropa Kosmik Agentliyinin mütəxəssisləri peyklərin korpuslarında quraşdırılan butan mühərriklər vasitəsilə orbiti müstəqil dəyişən kiçik “CubeSat” peyklərinin yeni modelini hazırlayıblar. İlk oxşar “GomX-4B” və “GomX-4A” peyklərinin 2018-ci ilin fevralında buraxılması nəzərdə tutulur.
Yeni “Samsung” smartfonları nə vaxt satışa çıxarılacaq?
Qabaqcıl "Samsung Galaxy S9" və "Samsung Galaxy S9+" smartfonlarının martın əvvəlində satışa çıxarılması, kütləvi istehsalına isə yanvarın ilk günlərində başlanması gözlənilir. Bu barədə Cənubi Koreyanın "ETnews" nəşri məlumat verib.
2017-ci ilin ən uğursuz cihazları məlum olub
“Oppo A83” smartfonu rəsmən təqdim edilib
“Oppo A83” smartfonu rəsmən təqdim edilib. Qurğu 1440x720 piksel təsvir ölçülü 5,7 düymlük ekran, 18:9 tərəflər nisbəti və nazik çərçivəli yan tərəflər, 2,5 QHs takt tezlikli səkkiznüvəli prosessor, həmçinin 4 QB-lıq əməli və 32 QB-lıq daxili yaddaşla təchiz edilib.
Xanımlara müjdə: Bu 5 hərəkətlə qarnınıza yığılan yağlardan qurtulun!
İngilislər: "Kişilər 53 yaşında daha romantik olur"
İngiltərəli mütəxəssislərin apardığı araşdırmaya görə, kişilərin ən romantik olduğu yaş dövrü 53 yaşdır.Bu nəticəyə gəlmək üçün mütəxəssislər 18 və 65 yaş arası iki min kişi üzərində araşdırma aparıblar. Araşdırmalar zamanı məlum olub ki, 51 ilə 55 yaş arası hər dörd kişidən üçü mütləq hər gün həyat yoldaşına onu nə qədər çox sevdiyini bildirir. Bununla yanaşı 50 yaşından sonra kişilər əvvəlki illərə nisbətən sevgi məsələlərində daha diqqətli olur və mütəmadi olaraq həyat yoldaşlarına sürpriz edirlər.
Həkimlər: 7-ci mərtəbədən yuxarıda yaşamaq risqlidir!
Həkimlər bildirirlər ki, 7-ci mərtəbədən yuxarıda olan mənzillərdə yaşamaq insan sağlamlığı üçün ciddi problemlər yarada bilər. Belə ki, orqanizm üçün vacib olan yerin maqnit sahəsinin zəifləməsi bir çox xəstəliklərin başlanğıcı üçün şərait yaradır. Məhz yerin maqnit sahəsi artıq 7-ci mərtəbədən başlayaraq zəifləyir ki, bu da sanitar normalara cavab vermir.
Yüksək təzyiqi qısa vaxtda necə aşağı salmaq olar?
Təzyiqin yüksəlməsi zamanı onu aşağı salmağın məlum olan ənənəvi metodlarından başqa yollar da var. Hər hansı kimyəvi tərkibli dərmanlara ehtiyac duymadan təzyiqinizi aşağı salmağı sınaqdan keçirə bilərsiniz.
İDDİA: "Uşaqlarda həzm prosesinin pozulması irsi xəstəlikdir"
Danimarka alimləri 2 milyondan çox uşaq barədə məlumat toplayaraq belə qənaətə gəliblər ki, pilorostenoz (mədə çıxacağının daralması) irsi xəstəlikdir.
Bakıda məşhur hind aktyoru Dharmendra haqqında filmin təqdimatı olub
Bu gün telejurnalist Namiq Qurbanın hazırladığı "Dharmendra - Məhəbbət Elçisi" adlı sənədli bioqrafik filmin təqdimat mərasimi keçirilib. Təqdimatda çıxış edən N. Qurban bildirib ki, 47 dəqiqəlik xronometrajlı film dünya və Hindistan kinosunun veteran aktyoru, "He man" ləqəbli, dünyada sülh, məhəbbət və qardaşlıq carçısı kimi tanınan Dharmendra Deolun məhəbbət işığında yaşadığı xoşbəxt ömrü, bərəkətli yaradıcılığına həsr edilib.














