İDDİA: "Uşaqlarda həzm prosesinin pozulması irsi xəstəlikdir"
Danimarka alimləri 2 milyondan çox uşaq barədə məlumat toplayaraq belə qənaətə gəliblər ki, pilorostenoz (mədə çıxacağının daralması) irsi xəstəlikdir.
27 Dekabr 2017 18:45 SosialDanimarka alimləri 2 milyondan çox uşaq barədə məlumat toplayaraq belə qənaətə gəliblər ki, pilorostenoz (mədə çıxacağının daralması) irsi xəstəlikdir.
Bu, ölüm təhlükəsi olan olduqca ciddi xəstəlikdir. Zahirən sağlam görünən körpələrin mədələrinə daxil olan qida onikibarmaq bağırsağa keçmir. Tədqiqatçıların fikrincə, bu xəstəlik yeni doğulmuş hər min körpədən 1-3-də özünü göstərir.
Alimlər biryumurtalı əkizlər arasında da həmin xəstəliyi tədqiq ediblər. Məlum olub ki, pilorostenoz əsasən əkizlərin ömrünün ilk ilində inkişaf edir. İndiyədək 3362 belə uşaq üzərində cərrahiyyə əməliyyatı aparılıb. O da məlum olub ki, həmin xəstəliyə biryumurtalı əkizlərin 46 faizi, ikiyumurtalı əkizlərin isə 7,7 faizi məruz qalıb. Beləliklə, pilorostenoz riski biryumurtalı əkizlər üçün 200 dəfə, doğma qardaşlar üçün 20 dəfə artır.
Oğlan uşaqlarında pilorostenozun irsən ötürülməsi riski daha yüksəkdir. Bu xəstəlik lap yaxın qohumlara, xüsusən biryumurtalı əkizlərə keçir. Alimlər hesablayıblar ki, bütün amilləri nəzərə almaqla irsilik ehtimalı 87 faiz təşkil edir. Sia.az