Cari ildə vərəmlə bağlı fəaliyyəti planı müvəffəqiyyətlə icra edilib

"2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı"nın icrası məqsədi ilə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 2017-ci il üçün Fəaliyyət Planı hazırlayıb və müvəffəqiyyət ilə icra edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, proqramının həyata keçirilməsi üzrə təşkilati tədbirlərdən biri də vərəmin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması olub.

"2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı"nın icrası məqsədi ilə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 2017-ci il üçün Fəaliyyət Planı hazırlayıb və müvəffəqiyyət ilə icra edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, proqramının həyata keçirilməsi üzrə təşkilati tədbirlərdən biri də vərəmin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması olub.

Bu çərçivədə ETACXİ-nun həkimləri tərəfindən ölkənin bütün həkim-ftiziatrları üçün "Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına dair müasir yanaşma" adlı təlimlər keçirilib. Həmçinin, ETACXİ-nun həkimləri tərəfindən vərəm xəstələrin nəzarətli müalicəsində iştirak edən tibb bacıları üçün "Vərəmin aşkarlanması və nəzarətli müalicə" adlı təlimlər keçirilib. ETACXİ-nun Milli İstinad Laboratoriyasının mütəxəssisləri tərəfindən regional və mikroskopiya laboratoriyaların həkim və orta tibb işçiləri üçün "Turşuya davamlı mikobakteriyaların mikroskopiya üsulu ilə aşkarlanması" adlı təlimlər keçirilib.

Müalicə-profilaktika müəssisələrində çalışan tibb işçiləri üçün vərəmin aşkarlanması və müalicəsi üçün təlimlər, həmçinin, müvəffəqiyyətlə həyata keçirilib. "Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu"; "Vərəmin aşkarlanması. İnfeksion nəzarət"; "Vərəm/HİV ko-infeksiyası" - adlı təlimlər üçün təlim materiaları hazırlanıb və ölkənin ilkin səhiyyə xidməti həkimləri, GEM mütəxəssisləri, QİÇS-lə Mübarizədə xidmətinin həkimləri üçün təlimlər keçirilib. Burada 400 nəfərdən artıq tibb işçisi iştirak edib. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31