Gündəm
Ərdoğanın helikopteri təcili eniş etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın helikopteri Türkiyənin Tokat şəhərindən Yozqata hərəkət edərkən Zilə qəsəbəsində təcili eniş edib.
Terrorçulardan ibarət ordu yaradılır
ABŞ PKK/PYD terror qruplaşmalarının üzvlərindən ibarət 30 minlik ordu yaradır. Bu barədə "Röyters" agentliyi etibarlı mənbəyə istinadən məlumat yayıb. ABŞ-ın rəhbərliyi altında İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil bildirib ki, söhbət Suriya-Türkiyə və Suriya-İraq sərhədlərini qoruyacaq ordunun yaradılmasından gedir.
Filippində zəlzələ oldu
Əfqanıstanda İŞİD-ə AĞIR ZƏRBƏ - 17 ölü
Əfqanıstanın Nanqarhar vilayətində xarici ölkə hərbçilərinin pilotsuz uçuş aparatı vasitəsilə endirilmiş zərbələr nəticəsində İŞİD terror qruplaşmasının azı 17 döyüşçüsü məhv edilib.
Sumqayıtda hazırlıqdan qayıdan məktəbli qızı maşın vurdu
Sumqayıt şəhərində məktəbli qızı maşın vurub. Hadisə şəhərin 9-cu mikrorayonu ərazisində baş verib. Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Əhmədzadə Aynur İntiqam qızı hazırlıqdan evə qayıdarkən naməlum avtomobil tərəfindən vurulub. Sumqayıt şəhər 18 nömrəli məktəbin 11-ci sinif sagirdi olan qız qəza zamanı ağır kəllə-beyin travması alıb.
Peruda güclü zəlzələ, ölənlər var- YENILƏNİB
Peruda baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 2 nəfərə çatıb. Məlumata görə, bu barədə ölkənin Mülki Müdafiə İnstitunun rəhbəri Xorxe Çaves deyib. 65 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
Şərqi Çin dənizində yanan İran tankerinin bütün heyət üzvləri həlak olub
Şərqi Çin dənizində yanan İranın SANCHI neft tankerinin bütün heyət üzvləri həlak olub. Məlumata görə, bu barədə İRNA agentliyinə İranın Limanların və Dəniz Gəmiçiliyinin Təşkili İdarəsinin Baş direktoru Məhəmməd Rastad deyib.
Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub - SƏBƏB?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayında növbəti monitorinq həyata keçirib.
Alimlərdən tövsiyə: ya vegeterian olun, ya da həşərat yeyin
Yer Kürəsinin atmosfer qatına mənfi təsir edən istixana qazlarının azaldılması, yaşıllığın artırılması üçün alimlər tərəfindən maraqlı təklif irəli sürülüb: mal əti əvəzinə həşərat yeyilsin.
Saçlarınız heç vaxt AĞARMAYACAQ, ƏGƏR...
Gülən bunun əvəzini ağır ödəyəcək - Ərdoğan
Fətullah Gülən hesab edir ki, ABŞ onu daima qoruyacaq. Bunu Tokatda əhali qarşısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
"Fərhad o rola daha çox yaraşırdı. Turabov Nəbini bir az ağır oynadı"
Hər dəfə “Azərbaycanfilm” kinostudiyasına gedib, üçüncü mərtəbəyə qalxanda o otağın yanından keçib, içəri gözucu da olsa baxmamaq mümkünsüzdür. Qapısı hər zaman açıq olur... Bunun özü belə insana enerji verir, kinostudiyanın səssiz, sakit, qaranlıq dəhlizini işıqlandırır. Bura qrim rəssamlarının işçi otağıdır. Qızğın söhbətlərin, xatirələrin, zarafatların və neçə-neçə filmlərin qrim hazırlıqlarının aparıldığı məkandır. Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış qrim ustası, 50-yə yaxın bədii, sənədli filmdə çalışmış Elbrus Vahidovla görüşümüz bu məkanda baş tutacaqdı.
Elzanın anası: "Ona şeir yazmağı qadağan etmişdim"
Əməkdar artist Elza Seyidcahanın anası qızı haqda açıqlama verib. O, “Lider maqazin”ə açıqlamasında bildirib ki, övladına şeir yazmağa bir vaxtlar qadağa qoyub:
Autizmli məşhurlar - Oxuyanda təəccüblənəcəksiniz - SİYAHI
Autizm insan həyatının ilk 3 ilində ortaya çıxan və ömür boyu davam edən ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Hazırda autizm hər 110 uşaqdan birində rast gəlinir.
Aksiyalar zamanı həlak olanların sayı açıqlandı
İran məhkəmə hakimiyyəti son aksiyalarda ölən və yaralananların sayını açıqlayıb. “Press TV” telekanalı aksiyalar zamanı 25 nəfərin öldüyü, 400 nəfərin saxlanıldığının açıqlandığı barədə məlumat yayıb. Bundan əvvəl aksiyalar zamanı 20 nəfərin öldüyü, 450 nəfərin saxlanıldığı açıqlanmışdı.









.jpg)

.jpg)


