Gündəm

Qorxulu proqnoz: "Hər 50 nəfərdən biri allergik xəstəlikdən əziyyət çəkəcək"

13 Aprel 2018 12:14

2025-ci ilə qədər dünyada hər 50 nəfərdən biri allergik xəstəlikdən əziyyət çəkəcək. Məlumata görə, bunu pediatr-allerqoloq, professor Amaliya Əyyubova deyib. Onun sözlərinə görə, dünyada allergik xəstəliklərə yoluxanların sayı getdikcə artır: "Burada qidalar, iqlim də rol oynayır. Qidalarda həddindən artıq əlavələrin olması allergiyaya daha çox yol açır. Lakin son vaxtlar ağır formada olan astmaya rast gəlinmir. Bunu öz təcrübəmə əsasən deyirəm. Burada maarifləndirmə də rol oynayır".

Məktəblilərin asudə vaxtı səmərəli təşkil edilir

13 Aprel 2018 12:12

Paytaxt məktəblilərinin Xalq Təhsili Muzeyinə ekskursiyaları davam edir. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Xalq Təhsili Muzeyinin birgə əməkdaşlığı ilə keçirilən ekskursiyaların əsas məqsədi məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, həmçinin Azərbaycan təhsilinin nailiyyətlərlə zəngin inkişaf tarixini öyrətmək və təbliğ etməkdən ibarətdir.

Qobustan stansiyasında yeni yoldəyişənlər quraşdırılır

13 Aprel 2018 12:11

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.  “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Yevlax-Malay mənzilində dəmir yolu körpüsü əsaslı təmirdən sonra istifadəyə verilib

13 Aprel 2018 12:08

Azərbaycan dəmir yollarında geniş xarakter alan əsaslı dəyişikliklər uğurla davam etdirilir. Dünya nəqliyyat sisteminə inteqrasiya olunma istiqamətində böyük yeniləşmələrə imza atan dəmiryolçular tamamilə yeniləşmiş bir sahəni formalaşdırmaq əzmindədirlər.

BƏƏ mətbuatında prezident seçkiləri ilə bağlı daha bir məqalə dərc olunub

13 Aprel 2018 12:07

Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı Birləşmiş Ərəb Əmirlikləri mətbuatında dərc edilmiş sislsilə məqalələrin ardı olaraq ölkənin nüfuzlu ərəbdilli “Əl-Fəcr” qəzetinin 12 aprel tarixli sayında “Seçkilər şəffaf və demokratik şəraitdə keçirilir. Azərbaycanlılar seçkilərə İlham Əliyevin daxili və xarici siyasət sahəsindəki uğurlarına referendum kimi baxırlar” sərlöhvəli yeni məqalə dərc olunub.

Bakı–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə başlanılıb

13 Aprel 2018 12:05

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə və keyfiyyətlə tikinti işlərinə start verilib. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki,  M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 97 km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun olaraq layihələndiriləndirilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək. Ümumilikdə layihəboyu tikinti işləri layihələndirmə ilə paralel aparılır.

Azərbaycanda vəzifəli şəxsin oğlu bədbəxt hadisə nəticəsində öldü

13 Aprel 2018 12:04

Oğuzda vəzifəli şəxsin oğlu bədbəxt hadisə nəticəsində ölüb. Hadisə rayonun Yaqublu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Bəxtiyar oğlu İsmayılov yüksəklikdən yıxılaraq aldığı kəllə-beyin travması ilə xəstəxanaya aparılıb. Müayinə zamanı C. İsmayılovun öldüyü məlum olub. Onun başından aldığı xəsarətdən dünyasını dəyişdiyi ehtimal olunur.

Efirdə elə hadisə baş verdi ki, müğənni qaçaraq studiyadan çıxdı - VİDEO

13 Aprel 2018 12:02

ARB TV -də yayımlanan "Səhər-səhər" verilişində həyəcanlı anlar yaşanıb. Efirə qəfil gətirilən ilan müğənni Sevda Sanaliyevanı qorxuya salıb. Müğənni ilanı görər-görməz qaçaraq, studiyanı tərk edib.

Türkan efirə sinə dekolteli libasda gəldi - Pərviz duet oxumaqdan imtina etdi - VİDEO

13 Aprel 2018 12:00

Bu gün ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində maraqlı anlar yaşanıb. Verilişə Türkanın sinə dekolteli libasda gəlməsi sosial mediada birmənalı qarşılanmayıb.

Azər Vüsalə barədə: "Övladımın anasıdır, yazılara diqqət edin"

13 Aprel 2018 11:59

Aparıcı Azər İsmayılovun son günlər ayrıldığı həyat yoldaşı Vüsalə Əlizadə ilə tez-tez görüntülər paylaşması diqqət çəkib. Azər yenidən Vüsalə ilə şəklini İnstaqram səhifəsində yayımlayıb. O, illər əvvəl çəkilən fotolarına bu sözləri yazıb: "Əvvəlcədən xəbərdarlıq edim: bu şəkli paylaşıram, boş-boş fikirlər yazmayın ki, kim kiminsə üçün darıxır, ay nə bilim sevir, peşmandır. Sadəcə, hörmət edin fikirlərinizə. İnternetdə min ədəd bu cür şəkillər var. Arxivdən tapdım və paylaşdım. Hə, bir də övladımın anasıdır, yazılara diqqət edin, fotoya hörmətlə yanaşın. "Like"lara görə təşəkkür edirəm".

Avropa Liqasında yarımfinalın püşkü atılacaq

13 Aprel 2018 11:57

İsveçrənin Nyon şəhərində Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək. UEFA-nın mənzil-qərargahında saat 14:00-da başlanacaq püşkatma nəticəsində İngiltərənin Arsenal, İspaniyanın Atletico, Fransanın Marseille və Avstriyanın Salzburg komandalarından 2 cütlük formalaşacaq. Bu zaman heç bir komanda səpələnmiş və səpələnməmişlər səbətlərinə bölünməyəcək, istənilən klub digərlərindən birinə rəqib ola biləcək. Adları birinci göstərilən kollektiv ilk oyunu öz meydanında keçirəcək.

Sabiq MTN əməkdaşına hökm oxundu

13 Aprel 2018 11:55

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Tahir İmanovdan QALMAQALLI SÖZLƏR: “Talıb taleləri, üzeyirləri bəyənən KVN-i bəyənərmi?”

13 Aprel 2018 11:54

Hər ilin aprelində tamaşaçıları başına cəm edən KVN-çilər bu dəfə də ənənələrinə sadiq qalıblar. Belə ki, Heydər Əliyev Sarayında “Planet “Parni iz Baku”nun “Nataşa, tı prişol?” adlı dördgünlük solo konsertinə sayılı günlər qalıb.

Ədəbiyyat İnstitutu və Yazıçılar Birliyi arasında memorandum imzalandı

13 Aprel 2018 11:51

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə AzərbaycanYazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

“Dastan gecələri” – Yeni layihə

13 Aprel 2018 11:50

Aprelin 18-dən etibarən AMEA-nın Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Dastan gecələri” adlı yeni layihə baş tutacaq.