Gündəm
Avtomobil oğrusu saxlanılıb
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Qədirov A.Salamzadə küçəsində “Toyota” markalı avtomobilindən şüşəni sındırmaqla dəyəri 500 manat olan qızıl boyunbağısının oğurlandığını bildirib.
Konstitusiya Məhkəməsi seçkinin nəticələrini aprelin 17-də təsdiqləyəcək
Konstitusiya Məhkəməsi Plenumu aprelin 17-də prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclas keçirəcək. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, iclas aprelin 17-də saat 15:00-a təyin edilib.
Əli Əhmədov: "ATƏT DTİHB ikili standartlardan xilas ola bilmir"
Aprelin 11-də Azərbaycanda demokratik dəyərlərə və normalara əsaslanan prezident seçkiləri keçirilib. Bütün insanlar seçkilərin yüksək fəallıq şəraitində keçirildiyinin şahidi olub.
“12 il anamın kim olduğunu bilmədim” – Məşhur aparıcı həyatından danışdı
Türkiyəli məşhur aparıcı Burcu Əsmərsoy həyatının gizli məqamlarını hər kəsə açıqlayıb. Olaylar.az bildirir ki, aparıcı 12 il öz doğma anasına “xala” deyib. Burcu müsahibələrinin birində uşaqkən atası ilə anasının ayrıldığını, atasının və anasının ikinci dəfə öz həyatlarının yaşadıqlarını bildirib. Anasının ikinci həyat yoldaşının ailəsi mühafizəkar olduğundan qadın iki qızının olduğunu onlardan gizlədib. Məşhur aparıcı atasını və anasını heç zaman bağışlamayacağını qeyd edib.
Stokholmda Heydər Camalın xatirə gecəsi keçirilib
İsveç Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Stokholmda “Heydər Camalın xatirəsinə - Qarabağ poeziyası” adlı tədbir keçirilib. İsveç ictimaiyyətinin və Azərbaycan diaspor nümayəndələrinin iştirak etdiyi gecənin qonaqları arasında Heydər Camalın ailə üzvləri – həyat yoldaşı Gülnar Camal, oğlu Orxan Camal, qızı Kövsər Camal, eləcə də Rusiyanın tanınmış jurnalist və politoloqu Maksim Şevçenko da olub.
Bədii qiraət müsabiqəsinin ikinci mərhələsinə start verilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən “Ən yaxşı şeir ifaçısı” adlı bədii qiraət müsabiqəsinin ikinci mərhələsinə start verilib. “OLAYLAR” xəbər verir ki, “Azərbaycan Xalq Cümhuriyyəti ili” milli özünüdərkin gerçəkləşməsi üçün zəmindir” devizi altında təşkil olunmuş müsabiqənin II mərhələsində hər yaş qrupu üzrə (10–14 və 15-18) məktəbdaxili yarışmada I yerə layiq görqülmüş qaliblər iştirak etmək hüququ qazanıb.
Azərbaycanı ayaqda ancaq İlham Əliyev kimi siyasətçi saxlaya bilər
Azərbaycan tarixinin ən mühüm səhifələrindən olan prezident seçkilərinə münasibət bildirən QALİB-in sədri Azər Verdiyev xalqın növbəti dəfə doğru seçim etdiyini bildirib. “OLAYLAR”-ın xəbərinə görə, İctimai Birlik sədri deyib ki, bu dəfə də Azərbaycan xalqı doğru seçim etdi: “İlham Əliyev namizədlər arasında ən güclüsü və ən layiqlisi idi.
Türkiyənin 81 vilayətində etiraz aksiyası keçiriləcək - NİYƏ?
Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) fövqəladə vəziyyətin müddətinin uzadılmasına etiraz olaraq ölkənin bütün vilayətlərində eyni zamanda etiraz aksiyası keçirəcək. Məlumata görə, aksiyalar aprelin 16-da, yerli vaxtla saat 12:00-da başlayacaq.
Dilqəm Əsgərov və Şahbaz Quliyevdən xəbər var
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər. Təmsil etdiyi qurumun nümayəndələri martın sonu və aprelin əvvəlində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: "Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın".
Fatiməyə təcavüz edən rejissoru 20 ilədək həbs gözləyir
Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan aktrisa-müğənni Fatimə Abbasquliyeva müəllimi, məşhur rejissor Mark Razovski tərəfindən zorlandığını demişdi. Fatimə 81 yaşlı Razovskini məhkəməyə verib. Bu haqda aktrisa özü xəbər yayıb. O bildirib ki, bunun üçün 12 vəkilin köməyindən istifadə edib: "12 vəkilin nəzarətindən və 12 ildən sonra Razovskini məhkəməyə verdim. Təcavüzə və seksual xarakterli hərəkətlərə məcbur etdiyinə görə onu 5 ildən 20 ilədək həbs gözləyir".
Azərbaycanda məhkum olunmuş şəxslərlə bağlı yeni qayda
"Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin Siyahısı" təsdiqlənib.
Vatikan polisi keşişi həbs etdi - Səbəb uşaq pornoqrafiyası
Vatikan polisi keşiş Karlo Alberto Kapellanı həbs edib. Keşişin həbsinə səbəb uşaq pornoqrafiyasını əks etdirən materiallar saxlaması olub. Bildirilir ki, daha öncə keşiş Müqəddəs Taxt-tacın ABŞ-dakı səfirliyində işləyib.
"Uşaqlar ölməsin" deyən qadın körpəsi ilə birlikdə həbs edilir
Ötən il "Bəyaz Şou"ya zəng vuraraq qalmaqala səbəb olan Ayşə müəllimə həbs edilib. O, canlı efirə bağlanaraq ölkənin cənub şərqində baş verən hərbi əməliyyatlara diqqət çəkmiş və ordunu silahsız insanlara qarşı zor tətbiq etməkdə ittiham etmişdi. Bunun ardından qadın haqqında "Terror təşkilatını müdafiə etmək" ittihamı ilə cinayət işi açılmış, aparıcı Bəyazit Öztürk isə tamaşaçılardan üzr istəmiş, həmin an özünü itirdiyini demişdi.
Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb
Bakı, Sumqayıt şəhərləri, Mərkəzi Aran rayonlarında hemofiliyalı xəstələrin sayı artıb. Məlumata görə, bunu Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri, dosent Elmira Qədimova deyib.
Dünyanı güldürən adam
Böyük Britaniyalı aktyor Londonda musiqiçi ailəsində doğulub. Çaplin öz karyerasına 5 yaşında olarkən "küçə uşağı" rolu ilə İngiltərə teatrlarından birində başlayıb.














