Gündəm
Ermənistan silahlı bölmələri atəşkəsi 97 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 97 dəfə pozub.
Binəli Yıldırım Novruz Məmmədovu təbrik edib
Türkiyə baş naziri Binəli Yıldırım Azərbaycanın yeni baş naziri təyin edilən Novruz Məmmədovu təbrik edib.
İran ABŞ-ın sanksiyalarına cavab olaraq nüvə proqramını bərpa etməyə hazırdır
ABŞ prezidenti Donald Tramp mayda sanksiya tətbiqinin dayandırılması qərarının müddətini uzatmayacağı təqdirdə İran nüvə proqramını bərpa edəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.
Ərdoğan ABŞ-ın Türkiyəyə təhlükəsindən danışıb
Türkiyəyə təhlükə, ilk növbədə, strateji tərəfdaşlarından gəlir. APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın YPG terrorçularına hərbi dəstəyini nəzərdə tutaraq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.
Bəhruz Quliyev: “Prezidentin bütün sahədə islahatları dövlət idarəçiliyinə sistemli yanaşmadır”
"Son illərdə dövlət səviyyəsində görülmüş ciddi tədbirlər nəticəsində respublikada kadr və struktur islahatları mükəmməl şəkildə reallaşdırılmaqdadır. Cənab Prezident İlham Əliyevin sosial, iqtisadi və s. sahələrdə apardığı çoxsaylı islahatların tərkibində məhz kadr və struktur islahatları da yer almaqdadır. Əlbəttə ki, bu islahatlar birbaşa xalqın rifahı və dövlətin daha güclü olmasına hesablanır. Əgər bu amillər nəzərə alınmasa hər hansı bir uğurdan danışmaq çətin olar". Bunu SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qərarına münasibət bildirərkən deyib.
Tahir Rzayev: "Bu addım cəmiyyətimizdə vətənpərvərlik ruhunu daha da yüksəldəcək"
"İnsanlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir". Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
Ermənistan prezidenti Armen Sarkisyan Yerevanın Respublika meydanında keçirilən etiraz aksiyasına gələrək müxalifət lideri Nikol Paşinyanla görüşüb.
Məşhur qadın aparıcılar futbola görə DÜŞMƏN OLDULAR: "Azarkeş hər şeyi söyləyə bilər”
Türkiyənin iki məşhur qadın aparıcısı – Esra Erol və Müge Anlı futbol üstündə mübahisə edib. Çərşənbə günü “Fənərbaxça” – “Beşiktaş” derbisində çıxan olaylar aparıcıları bir-birinə düşmən edib. “Fənərbaxça” azarkeşi Müge Anlı derbidə çıxan davalarda “Beşiktaş” komandasını ittiham edib. O, “futbolçular gedib azarkeşə hücum etməyəcəklər. Sən futbolçusan. Azarkeş hər şeyi söyləyə bilər” deyib. Qatı beşiktaşlı olan Esra Erol isə həımkarının bu ifadələrinə sərt reaksiya verib: “Onların da hissləri var. Bir futbolçunun ölmüş anasına söymək bizim ənənəmizdə yoxdur”.
Əli Həsənov işdən çıxarıldı, yerinə deputat gətirildi
Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub. xəbər verir ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında imzaladığı sərəncama əsasən, Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub.
Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edildi
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr təyin edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla bu vəzifəyə Samir Rafiq oğlu Nuriyev təyin edilib.
Prezidentin təyin etdiyi 38 yaşlı yeni nazir kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Yeni nazir əvvəlki kabinetdə İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb. Sahil Babayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.
Hacıbala Abutalıbovun YENİ VƏZİFƏSİ
Prezident İlham Əliyev Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Hacıbala İbrahim oğlu Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov işdən çıxarıldı
Azərbaycan Respublikası baş nazirinin müavinlərindən bəziləri dəyişib. Prezident İlham Əliyevin bu gün yeni hökumətin tərkibinin təsdiq olunması haqqında imzaladığı sərəncama əsasən, Hacıbala Abutalıbov baş nazirin yeni müavini təyin olunub.
41 yaşlı yeni nazirimiz
Prezident İlham Əliyev Kənd Təsərrüfatı naziri vəzifəsinə İnam İmdad oğlu Kərimovu layiq görüb. İnam Kərimov prezidentin sərəncamı ilə yeni nazir təyin edilib. İnam Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Bakı şəhərində Humanitar Fənlər Gimnaziyasında təhsil alıb. 1994-1995-ci illərdə ABŞ-ın İndiana ştatında "Richmond High School"da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sarbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.














