Binəli Yıldırım Novruz Məmmədovu təbrik edib

Türkiyə baş naziri Binəli Yıldırım Azərbaycanın yeni baş naziri təyin edilən Novruz Məmmədovu təbrik edib.

Türkiyə baş naziri Binəli Yıldırım Azərbaycanın yeni baş naziri təyin edilən Novruz Məmmədovu təbrik edib.

APA-nın "sonhaberler.com" saytına istinadən verdiyi məlumata görə, Milli Məclisin baş nazir təyin edilməsinə razılıq verməsindən sonra N. Məmmədova zəng edən B. Yıldırım ona vəzifəsində uğurlar arzulayıb.

B. Yıldırım və N. Məmmədov Türkiyə və Azərbaycanın "İki dövlət, bir millət" anlayışı ilə əməkdaşlığının davam edəcəyini, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31