Türkiyə ordusu 37 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı son bir həftədə ölkə ərazisində və İraqın şimalında aparılan əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb. Aprelin 14-20-də Tunceli, Diyarbakır, Şırnak və İraqın şimalındakı əməliyyatlarda ikisi lider olmaqla, 37 terrorçu zərərsizləşdirilib.

Əməliyyatlarda 5 hərbçi şəhid olub, 9-u yaralanıb. Məlumatda qeyd edilib ki, "Zeytin budağı" hərəkatı başlayandan bu günə qədər 4254 terrorçu zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələrinin isə 53 hərbçisi şəhid olub, 232-si yaralanıb. Reort.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31