Gündəm

Aprelin 29-da növbəti sınaq imtahanı keçiriləcək

26 Aprel 2018 15:59

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 29-da Respublikanın 12 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.

Ağadadaş Ağayevin sözləri Arif Babayevi özündən çıxardı: “Səni başa salaram” - Qalmaqal

26 Aprel 2018 15:57

“Qarabağ muğam məktəbi yoxdur, sadəcə ləhcə var” – xalq artisti Ağadadaş Ağayevin açıqlaması cəmiyyətdə kəskin etirazla qarşılanıb.

Binə Ticarət Mərkəzində aksiya – Baş ofisin qarşısına toplaşdılar

26 Aprel 2018 15:56

Binə Ticarət Mərkəzindəki mövcud vəziyyətdən narazılıq yaranıb. Bu barədə adının açıqlanmasını istəməyən tacirlərdən biri  məlumat verib. Narazılığa səbəb isə ticarət mərkəzində icarə haqlarının qaldırılmasıdır. 

Xamneyi müsəlman ölkələrinə çağırış etdi: ABŞ-a qarşı birləşin

26 Aprel 2018 15:54

İranın ali lideri, ayətulla Əli Xamneyi bütün müsəlman ölkələrini ABŞ-a qarşı birləşməyə çağırıb. O, İran milli televiziyası vasitəsilə müraciət edib.

Məhkəmə 18 yaşlı qızın ölümündə təqsirləndirilən həkimlərin cinayət işini prokurorluğa qaytarıb

26 Aprel 2018 15:52

Cərrahiyyə əməliyyatı zamanı ölən 18 yaşlı qızın ölümündə təqsirləndirilən cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadənin cinayət işi ibtidai istintaqa qaytarılıb. Zərərçəkmiş şəxsin vəkili Hafiz Ələsgərov  deyib ki, bu işə iki ilə yaxındır ki, Yasamal Rayon Məhkəməsində baxılırdı. Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə həmin cinayət işi təqsirləndirilən şəxslərə daha ağır ittiham irəli sürülməsi üçün Bakı Şəhər Prokurorluğuna qaytarılıb.

Sevinc Fətəliyeva: "AŞPA illərdir, Azərbaycanın səsini eşitmir"

26 Aprel 2018 15:50

"Müstəqil Araşdırma Qurumunun hesabatında real faktlar yoxdur, sadəcə ittihamlar irəli sürülür". Məlumata görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva AŞPA-nın yaz sessiyasında Müstəqil Araşdırma Qumunun korrupsiyaya dair hesabatı barədə müzakirələrdə çıxışı zamanı deyib.

Britaniyalı nazir: “İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycanın sürətli inkişafının davamlı olmasını təmin edəcək”

26 Aprel 2018 15:47

Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan ilə görüşüb. Məlumata görə, görüşdə Alan Dunkan dövlət başçısını yenidən Prezident seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

"İran Tel-Əvivə hücum etsə, Tehranı vuracağıq"

26 Aprel 2018 15:44

İsrail müharibə istəmir. Lakin əgər İran Tel-Əvivə hücum etsə, biz Tehranı vuracağıq. Bunu İsrailin müdafiə naziri Aviqdor Libermanərəbdilli "Elaph" nəşrinə söyləyib.

Tehrana zərbələr endiriləcək və... – İsrail dəhşətli SSENARİNİ AÇIQLADI

26 Aprel 2018 15:41

İsrailin müdafiə naziri Aviqdor Liberman Vaşinqtonda yüksək vəzifəli amerikalı səlahiyyətlilərlə görüş öncəsi İranı müharibə ilə hədələyib.

“Azyaşlı qızlar hamilə qalırdı” - İŞİD-in mamaçasından ŞOK AÇIQLAMA

26 Aprel 2018 15:39

ABŞ-ın "Washington Post" qəzeti bir müddət İŞİD-in paytaxtı Rakkada terror qruplaşmasının mamaçası kimi işləyən 66 yaşlı Samirə əl-Nasrdan müsahibə alıb. Nasr İŞİD-in iç üzündən danışıb. Samirə  bildirib ki, İŞİD terrorçuları öz ailələri və uşaqlarına da qarşı laqeyd davranırlar.

Türkiyədə prezidentliyə namizədlərin irəli sürülməsi tarixi açıqlandı

26 Aprel 2018 15:38

Türkiyədə prezidentliyə namizədlər mayın 4-dən 9-dək irəli sürülə bilər. Bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Sadi Güven aprelin 26-da jurnalistlərə açıqlamasında bildirib.