Tehrana zərbələr endiriləcək və... – İsrail dəhşətli SSENARİNİ AÇIQLADI
İsrailin müdafiə naziri Aviqdor Liberman Vaşinqtonda yüksək vəzifəli amerikalı səlahiyyətlilərlə görüş öncəsi İranı müharibə ilə hədələyib.
26 Aprel 2018 15:41 Dünyaİsrailin müdafiə naziri Aviqdor Liberman Vaşinqtonda yüksək vəzifəli amerikalı səlahiyyətlilərlə görüş öncəsi İranı müharibə ilə hədələyib.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir İranın hər hansı təhdidinə laqeyd qalmayacaqlarını və lazım gələrsə, Tehranı vuracaqlarını bildirib.
"İran Tel-Əvivə hücum edərsə, İsrail Tehranı vuracaq və Suriyada İsraili təhdid edən İranın hərbi birliklərini məhv edəcək", - o vurğulayıb.
İsrailin hər hansı müharibə ilə maraqlanmadığını ifadə edən Liberman, ancaq Suriyadakı İranın varlığına maneə olmaq üçün əvəz ödəməyə hazır olduqlarını söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31