Gündəm

Yeni üçölçülü printer elektronikanı insan dərisinə çap edir

27 Aprel 2018 18:35

ABŞ-ın Minnesot Universitetinin ekspertləri elektronikanın birbaşa insan dərisinə çapı üçün daşınan və ucuz üçölçülü printerdən istifadə ediblər. Texnologiya hərbçilər tərəfindən döyüş meydanında müvəqqəti kimyəvi silah cihazlarının və ya enerjinin doldurulması üçün günəş batareyalarının çapı məqsədilə istifadə oluna bilər.  

“Google” şirkəti “Gmail” elektron poçt xidmətinə süni intellekt funksiyaları inteqrasiya edib

27 Aprel 2018 18:30

"Gmail" elektron poçt xidmətinin yeni versiyasında vizual görünüşdən başqa yeni süni intellekt funksiyaları təqdim edilib.  

2015-ci ildən bəri ən uzunmüddətli “DDoS” hücumu qeydə alınıb

27 Aprel 2018 18:25

“Kasperski laboratoriyası” antivirus şirkəti 2015-ci ildən bəri ən uzunmüddətli “DDoS” hücumunu qeydə alıb.

Ataxan Paşayev Prezidentin fəxri diplomu ilə təltif edilib

27 Aprel 2018 18:24

Prezident İlham Əliyev Ataxan Paşayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiq edilib

27 Aprel 2018 18:23

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Ülvi Mehdiyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib

27 Aprel 2018 18:21

Prezident İlham Əliyev Ülvi Mehdiyevin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Uşağın ayağı relsə ilişdi və... - Dəhşətli hadisə - VİDEO

27 Aprel 2018 18:20

Hindistanda dəhşətli hadisə yaşanıb. Dəmir yolundan keçən uşaqlardan birinin ayağı anidən relsə ilişib. Xoşbəxtlikdən qatar gəlməsinə yaxın son anda onu xilas ediblər.

Ürəyi zəif olanlar izləməsin: - Oğlanın atdığı ox sevgilisinin gözünə girdi- VİDEO

27 Aprel 2018 18:16

ABŞ-ın Nyu-York şəhərində dəhşətli hadisə yaşanıb. Barda həddindən artıq içən qız sərxoş olub və ox atılan taxtanın qabağına keçərək sevgilisinə ox atmasını bildirib. Oğlan da sərxoş olduğundan buna əməl edib.

“Böyük Britaniya Azərbaycanla strateji tərəfdaşdır” – Azər Badamov

27 Aprel 2018 18:13

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev baş nazir Tereza Meyin dəvətilə Böyük Britaniyada səfərdə olub. Məlumata görə, səfər zamanı prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub. Tereza Mey prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevi təbrik edib. O bildirib ki,Azərbaycan prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq. Böyük Britaniyanın Baş naziri SOCAR ilə BP şirkəti arasında imzalanacaq sazişin əməkdaşlığın genişləndirilməsi baxımından önəmini vurğulayıb. Tereza Mey Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına və verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Paşinyan mitinqlərə Gümrüdə davam edəcək

27 Aprel 2018 18:10

Ermənistanda küçə hərəkatının lideri, deputat Nikol Paşinyan və onun yüzlərlə tərəfdarları İrəvandan Gümrü şəhərinə yollanıb. Paşinyan və tərəfdaşları Gümrüdə genişmiqyaslı mitinqlər keçirməyi planlaşdırır. Müxalifət lider İrəvandakı narazı kütləni istirahət etməyə və bazar günü aksiyaları yenidən bərpa etməyə çağırıb.

Yusuf Məmmədəliyev: "Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında gimnastika növləri sürətlə inkişaf edir"

27 Aprel 2018 18:04

Mehriban Əliyevanın rəhbərliyi altında gimnastikanın inkişafı üçün görülmüş işlər sayəsində gimnastika növləri sürətlə inkişaf edir. Bunu Azərbaycan Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev bədii gimnastika üzrə FIG Dünya Kubokunun açılış mərasimində çıxışı zamanı deyib.