“Böyük Britaniya Azərbaycanla strateji tərəfdaşdır” – Azər Badamov

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev baş nazir Tereza Meyin dəvətilə Böyük Britaniyada səfərdə olub. Məlumata görə, səfər zamanı prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub. Tereza Mey prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevi təbrik edib. O bildirib ki,Azərbaycan prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq. Böyük Britaniyanın Baş naziri SOCAR ilə BP şirkəti arasında imzalanacaq sazişin əməkdaşlığın genişləndirilməsi baxımından önəmini vurğulayıb. Tereza Mey Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına və verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir və ölkələrimiz müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, sərmayə qoyuluşu sahələrində fəal əməkdaşlıq həyata keçirir. Dövlət başçısı bildirib ki, hazırda ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi istiqamətində fəal iş aparılır və bunun üçün böyük potensial var. Böyük Britaniyanın bir çox şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir, SOCAR-BP əməkdaşlığı strateji xarakter daşıyır.

Sonra prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, "BP Exploration (Azerbaijan) Limited" şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalandı. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli imzalayıblar.

Millət vəkili Azər Badamov Metbuat.az-a açıqlamasında bildirib ki, prezident İlham Əliyevin Böyük Britaniyaya səfər etməsi və baş nazir Tereza Meylə görüşməsi böyük əhəmiyyət kəsb edir: "Çünki Böyük Britaniya Azərbaycanla strateji tərəfdaşdır. Bir çox layihələrin icrasında Böyük Britaniya da iştirak edir. BP şirkəti bu gün Azərbaycanda istehsal olunan enerji resurslarının istehsalında mühüm rol oynayır. Cənab prezidentin səfəri çərçivəsində SOCAR Azərbaycan Dövlət Neft şirkətilə BP arasında müqavilənin imzalanması və prezident İlham Əliyevin baş nazir Tereza Meylə görüşməsi iki ölkə arasında inkişafın yeni mərhələsini açıb.

Tereza Meyin də qeyd etdiyi kimi, Azərbaycan bu gün Avropa üçün yeni enerji mənbəyidir. Bu görüşün keçirilməsi, sazişin imzalanması onu deməyə əsas verir ki, Azərbaycan Avropa üçün əvəzolunmaz tərəfdaşdır. Düşünürəm ki, bundan sonra da Azərbaycanın Avropaya inteqrasiyası, Avropanın Azərbaycanın imkanlarından istifadə etməsi daha da genişlənəcək. Bu, həm Azərbaycana böyük xeyir verəcək, həm də Avropaya". Metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31