Gündəm

Nişanlısı ilə dini nigah kəsdirdi - ƏSƏBLƏŞDİ

2 May 2018 10:29

Məşlhur türkiyəli müğənni Alişan ötən gün nişanlısı Buse Varol ilə dini nikah kəsdirib. Müğənni nigahdan olan fotoları instaqram hesabından paylaşıb. İfaçı fotolarına sosial şəbəkə etiraz edən izləyicilərinə əsəbləşib.  Alişan gecikmədən ona şəhr yazanlara cavab verib:

Dünyada 7 milyon insanı öldürən SƏBƏB

2 May 2018 10:15

Hər il dünyada havanın çirklənməsindən yaranan xəstəliklərdən 7 milyon insan ölür. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı press-relizdə deyilir. Press-relizdə qeyd edilir ki, çirklənmə səviyyəsi dünyanın bir çox yerlərində təhlükəli olaraq qalır: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, hər 10 nəfərdən 9-u çirkləndiricilərin yüksək səviyyədə olduğu hava ilə nəfəs alır və son qiymətləndirmələrə əsasən, hər il atmosfer havasının və qapalı yerlərin havasının çirklənməsi nəticəsində 7 milyon insan ölür”.

Rəqsanə qızı ilə baş həkimin qalmaqalı haqda: "Basıb gözünü çıxarmalıdır"

2 May 2018 10:08

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılovanın qızı Aysunla 1 saylı körpələr evinin baş həkimi Nəhayət Əliyeva arasında qalmaqal yaşanıb.  Aysun uşaq evinə gələn ərzaqların və bezlərin baş həkim tərəfindən öz evinə aparılmasının yer aldığı videolar paylaşıb.

“Milli mənəvi dəyərlər: ənənə və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans

2 May 2018 10:07

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Milli mənəvi dəyərlər: ənənə və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb. İki gün davam edəcək konfransın mayın 1-də açılış mərasimi olub. Yerli və xarici alimlər Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar.

“Qu” gölünün ətrafına qeyri-qanuni tullantı boşaldıldı

2 May 2018 10:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib. Reyd zamanı “Kamaz” markalı 90-JA-841 və 90-JO-787 dövlət qeydiyyat nişanlı avtomobillərin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qu” gölünün ətrafına qeyri-qanuni tullantı boşaltdığı aşkar olunub.

35 ədəd qovaq ağacı kəsildi - təbiətə 5810 manat ziyan vuruldu

2 May 2018 10:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Qəbələ rayonu Nic qəsəbəsində yerləşən “Karvan” istirahət mərkəzinin ərazisində yaşköküstə 12-28 sm diametrdə 35 ədəd qovaq ağacının kəsildiyi və təbiətə 5810 manat ziyan vurulduğu aşkar edilib.

Muzeyə XX əsrin I yarısına aid mücrü hədiyyə edildi

2 May 2018 10:00

Milli Azərbaycan Tarixi Muzeyi yəhudi həmvətənlimizə muzeyə hədiyyə etdiyi bir neçə tarixi dəyərli materiallara görə təşəkkür bildirib. Bir neçə müddət əvvəl İsraildə yaşayan soydaşımız Rauf Şalikoyeviç Zarbailov muzeyə Azərbaycanın maddi mədəniyyət nümunələrini hədiyyə edib. Hal-hazırda Rauf Zarbailov Bakıya gəlib və muzeyə yeni unikal əşyalar təqdim edib. Muzey əməkdaşlarının iştirakı ilə həmvətənlimizə xüsusi təşəkkür edilib.

Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konsert

2 May 2018 09:57

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçirilib. Konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Hacıyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Bakı şəhər musiqi məktəblərinin direktorları və başqa qonaqlar iştirak ediblər.

Mir Cəlal Paşayevin 110 illiyi qeyd edildi - "Xatirələr"lə

2 May 2018 09:55

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevin 110 illik yubileyi münasibəti ilə tədbir keçirilib.