Türkiyədə iki gəmi toqquşdu - İ tkin düşənlər var

İstanbulun Silivri sahillərində Türkiyə bayrağı altında üzən iki ticarət gəmisi toqquşub.Milli.Az xəbər verir ki, hadisə sentyabrın 2-də, təxminən saat 03:00 radələrində Silivridən 18 mil cənubda baş verib.

Məlumata görə, Kocaelidən Əliağaya gedən ALSU gəmisi ilə İskəndərun limanından Karadeniz Ereğliyə hərəkət edən TUĞBERK İMAMOĞLU gəmisi hələlik müəyyən edilməyən səbəbdən toqquşub.

Bildirilib ki, hadisə yerinə çoxsaylı dəniz qüvvələri və sahil mühafizəsi helikopteri göndərilib.

İlkin yoxlamalar zamanı ALSU gəmisində görünən hər hansı zədə aşkarlanmayıb. Lakin TUĞBERK İMAMOĞLU gəmisi və onun göyərtəsində olan 10 heyət üzvü ilə əlaqə yaratmaq mümkün olmayıb.

Axtrarış-xilasetmə işləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31