İrakli Qaribaşvilidən Mamuka Mdinaradze və İrakli Kobaxidzeyə ağır ittihamlar – ÖZƏL
10:25 DünyaOlaylar.az xəbər verir ki, sabiq baş nazir İrakli Qaribaşvili həbsxanadan yazdığı növbəti məktubunda Mamuka Mdinaradzenin bağışlanmaz səhvlər buraxaraq vəzifəsindən kənarlaşdırıldığını və siyasətdən getdiyini bildirib. Qaribaşvilinin sözlərinə görə, Mdinaradzenin siyasətdən gedişi onun İrakli Kobaxidze ilə şərikli şəkildə ölkəyə, xalqa və "Gürcü arzusu" partiyasına vurduğu ağır zərəri ortadan qaldıra bilməz.
Eks-baş nazir vurğulayıb ki, hakimiyyətin ona göndərdiyi məktubda jurnalist Dito Çubinidze və İrma İnaşvilinin fəaliyyəti ilə bağlı şübhələr yer alıb. Yanvar-fevral aylarında Kobaxidze və Mdinaradzenin tapşırığı ilə ona "Asaval-Dasavali" qəzetində dərc olunmuş, Kobaxidzeni sərt tənqid edən bir müsahibə təqdim edilib və bu yazının arxasında Qaribaşvilinin dayandığı iddia olunub. Sabiq hökumət rəhbəri bu ittihamları qətiyyətlə rədd etdiyini bildirib.
Qaribaşvili əlavə edib ki, sözügedən məqalədə müsahibə verən hüquq müdafiəçisi Lazare Corbenadzenin bir müddət sonra intihar etdiyini və qəzetin bu ölümün həqiqi səbəblərinə şübhə ilə yanaşdığını təsadüfən öyrənib. İrakli Qaribaşvili Kobaxidze-Mdinaradze idarəçiliyi dövründə baş verən müəmmalı intiharlara diqqət çəkərək, Corbenadzenin ölümünün real səbəblərinin araşdırılmasını tələb edib.