Gündəm

Taqorun anadan olmasının 157-ci ildönümünə həsr olunmuş tədbir 

3 May 2018 17:37

Mayın 3-də Azərbaycan Dillər Universitetində (ADU) hind, benqal şairi, dramaturq, rəssam, bəstəkar və filosof Rabindranat Taqorun anadan olmasının 157-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. ADU-nun Hind dili və mədəniyyəti mərkəzinin, həmçinin “Sangat” hind klubunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Taqorun həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Onun Nobel mükafatı qazanan ilk asiyalı olduğunu xatırladan səfir şairin yaşadığı müddətdə gördüyü xeyirxah işlərdən söz açıb.

Bakı Mühəndislik Universitetində akademiklə görüş 

3 May 2018 17:32

Bakı Mühəndislik Universitetində akademik Kamal Abdulla ilə görüş keçirilib. Universitetin Pedaqoji fakültəsinin Azərbaycan dili və ədəbiyyatı kafedrasında “Müstəqillik illəri Azərbaycan ədəbiyyatı” fənninin dinləyici tələbələri ilə olan görüşdə Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı geniş müzakirəyə cəlb edilib. Əvvəlcə, Kamal Abdulla romanlarının dil-üslub və poetik imkanları haqqında məlumat verilib. Romanların ideya və struktur estetikası analiz edildikdən sonra müəllifə söz verilib. Kamal Abdulla “Yarımçıq əlyazma”nın yazılma prosesi və romana olan reaksiyalar barədə ətraflı söhbət açıb.