Ukraynada silah-sursat anbarında yanğın olub

Ukraynanın Xarkov vilayətində silah-sursat anbarında yanğın baş verib.

Bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin regional şöbəsinin mətbuat xidməti məlumat yayıb.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

İlkin ehtimallara görə, yanğın partlayıcı qurğunun partlaması nəticəsində baş verib.

Qeyd edək ki, adıçəkilən silah-sursat anbarında ötən ilin mart ayında da yanğın baş verib.

Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31