Gündəm

Ukrayna kəşfiyyatı "RİA Novosti"nin Kiyevdəki ofisində axtarış aparır

15 May 2018 13:56

Bu gün Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşları "RİA Novosti" agentliyinin Kiyevdəki ofisinə daxil olublar.

Rusiya Dövlət Duması ABŞ-a qarşı sanksiya layihəsini birinci oxunuşda qəbul edib

15 May 2018 13:54

ABŞ-a qarşı sanksiya layihəsi Rusiya Dövlət Dumasında müzakirəyə çıxarılıb. Qanun layihəsi birinci birinci oxunuşda qəbul edilib.

Uşaqlarımız üsyan edir... - Hədiyyə Şəfaqət yazır

15 May 2018 13:39

İmtahandan intihara və ya qatil valideynlər  Hədiyyə Şəfaqətin “Alsunu imtahana aparmışdım...” yazısını təqdim edirik. Evdən əl-ayağı titrəyə-titrəyə çıxmışdı. Ağlamışdı. Hirslənmişdim, amma dişimi dişimə sıxıb əlindən bərk-bərk tutmuşdum. Bu halda hər valideyn övladına necə dayaq duracaqdırsa, eynisini etmişdim. Dünyanın sonu olmadığını, ikinci şans olacağını, hər şeyin yaxşı keçəcəyini, əsas yaxşı insan olmağın önəmi barədə...

Nazir vətəndaşları qəbul edəcək

15 May 2018 13:37

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 25 may 2018-ci il tarixində saat 10:00-da Bərdə şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının binasında Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarının vətəndaşlarını qəbul edəcək.

Evdən qızıl oğurlayan “isti izlərlə” saxlanıb

15 May 2018 13:35

Mayın 11-də Xızı rayonunun Qarabulaq kənd sakini H.İsmayılova Rayon Polis Şöbəsinə müraciət edərək, evindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurladığını bildirib.

Nəsimi rayonunda AXC-nin 100 illiyi münasibəti ilə tədbir keçirilib

15 May 2018 13:32

Ədliyyə Nazirliyinin təşəbbüsü ilə Nəsimi rayonunda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibəti ilə tədbir keçirilib.

Atletika dördnövçülüyü üzrə turnir keçirilib

15 May 2018 13:27

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri (qızlar və oğlanlar) arasında atletika dördnövçülüyü üzrə turnir keçirilib.

Alanyaya uçuşlar dayandırılıb?

15 May 2018 13:21

Azərbaycan Turizm Assosiasiyası (AZTA) son dövrlər “Buta Airways” tərəfindən kurort şəhəri olan Alanyaya uçuşların dayandırılması barədə gəzən söz-söhbətlərlə bağlı yerli turistlərə müraciət edib:

3 avtomobil yolunda hərəkət məhdudlaşdırılır

15 May 2018 13:19

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Binəqədi rayonu, Balaxanı-Xırdalan, Novxanı-Binəqədi, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu-Hökməli avtomobil yollarında üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.