Ermənistanda TRIPP proqramının rəsmi "Facebook" səhifəsi istifadəyə verilib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə əməkdaşlığı çərçivəsində "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu"(TRIPP) proqramının rəsmi "Facebook" səhifəsi fəaliyyətə başlayıb.

Rəsmi məlumatda bildirilir ki, yeni platformada TRIPP proqramı ilə bağlı ən son xəbərlər və təfərrüatlar mütəmadi olaraq diqqətə çatdırılacaq. Səhifə istifadəçilərə yenilənmiş məlumatlara asan çıxış imkanı yaratmaq üçün müxtəlif formatlarda məzmun təqdim edəcək.

Layihənin şəffaflığını və məlumat axınını təmin etmək məqsədilə sosial şəbəkə səhifəsi Ermənistan XİN-in və ABŞ-nin Ermənistandakı səfirliyinin komandaları tərəfindən birgə idarə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31