Çin XİN : ABŞ-ın Venesuela neftinə nəzarəti Çinin maraqlarını nəzərə almalıdır- ÖZƏL

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bildirib ki, ABŞ-ın Venesuelanın neft ehtiyatlarının bir hissəsi üzərində nəzarəti Çinin maraqlarının qorunmasını təmin etməlidir. Olaylar.az xəbər verir ki, o, brifinqdə Venesuelanın neft ehtiyatları üzərində ABŞ-ın nəzarəti ilə bağlı şərh verərkən bildirib ki, "Çin müvafiq məlumatları nəzərə alıb. Ölkələr arasında ticarət və iqtisadi əməkdaşlıq bərabər prinsiplər əsasında, qarşılıqlı maraqlar və qarşılıqlı fayda nəzərə alınmaqla həyata keçirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31