Gündəm

Uşaqlar üçün yeni kitab – “Əngəlsiz arzular”

16 May 2018 16:09

İnsanların öz arzularının və istəklərinin arxasınca getməsi onu uğura apara bilən ən gözəl yoldur. Heç bir maneə və çətinliklərə baxmayaraq məqsədə çatmaq insanı ucaldır. Xüsusilə də, belə xüsusiyyətlərin uşaqlıqdan aşılanması böyüməkdə olan bir fərdin gələcəkdə çətinliklərə sinə gərməsini daha da asanlaşdıra bilər… Müasir dövrdə əsas problemlərdən biri fiziki imkanları məhdud şəxslərin cəmiyyətə adaptasiyası, eyni zamanda cəmiyyətin onlara qarşı həssaslığıdır.

Oğrunun digər əməlləri ifşa edilib

16 May 2018 16:06

Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər əməlləri aşkar edilib.

Rektor səfir ilə görüşdü

16 May 2018 16:05

Mayın 16-da Azərbaycan Dillər Universitetinin  rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoralla görüşüb. Olaylar.az bildirir ki, qonağı salamlayan rektor Kamal Abdulla Ərkan Özoralı ADU-da görməkdən məmnun olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq elmi konfrans haqqında məlumat verən Kamal Abdulla konfransın bölmə iclaslarının Türkiyənin Atatürk və Ərciyəs universitetlərində də yüksək səviyyədə baş tutduğunu bildirib, qardaş ölkəyə minnətdarlığını çatdırıb. Kamal Abdulla Türkiyə universitetləri ilə ADU arasında əlaqələrin daha da güclənməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacib olduğunu deyib.

Səfirliyin və Yunis Əmrə İnstitutunun Cümhuriyyətlə bağlı birgə layihəsi

16 May 2018 16:04

Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Bakı Yunus Əmrə İnstitutu tərəfindən 24 may – 6 iyun tarixlərində arasında Azərbaycan İstiqlaliyyət Muzeyində “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun Yaranmasının 100-cü ildönümü” mövzusunda foto sərgi keçiriləcək.

Operada PREMYERA

16 May 2018 16:04

 İyunun 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, bəstəkar Sərdar Fərəcovun "Cavad xan" baletinin premyerası keçiriləcəkdir. Olaylar.az bildirir ki, yeni tamaşa Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuşdur. Balet tamaşası XVIII əsrdə Azərbaycanda baş verən tarixi hadisələrdən bəhs edir. Gəncə əhalisinin başda böyük sərkərdə Cavad xan olmaqla yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi baletin əsas süjet xəttini təşkil edir.

Avtoqəzada sürücü dünyasını dəyişib

16 May 2018 16:04

Tərtər şəhərinin ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil qaçıran şəxs ələ keçib

16 May 2018 16:02

Avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, mayın 15-nə keçən gecə Binəqədi rayonu ərazisindən Sumqayıt şəhər sakini Təvəkkül Cəfərova məxsus “VAZ-21011” markalı avtomobil qaçırılmışdır.

“AİM - ASAN İnkişaf Modeli” layihəsi başa çatdı

16 May 2018 16:02

“ASAN Könüllüləri” Təşkilatı və “AccessBank”ın birgə təşkilatçılığı ilə həyata keçirilən “AİM - ASAN İnkişaf Modeli” layihəsi başa çatıb. Olaylar.az bildirir ki, “AİM” sosial proqramının əsas məqsədi regionlarda təhsil alan şagirdlərin tənqidi və tətbiqi düşünmək bacarıqlarını, o cümlədən yaradıcı, məntiqi təfəkkürünü inkişaf etdirməkdir.

Şirkət işçisindən içərisində 70 min manat olan çantanı almaq istəyən saxlanıb

16 May 2018 16:00

Quldurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini saxlanılıb.

Tələbələr film  tərcümə etdilər – Koreya Kino Günü

16 May 2018 16:01

Azərbaycan Dillər Universitetinin Koreya Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Koreya Fondu və Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatı dəstəyi ilə Park Bulvarda Koreya Kino Günü keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Koreya Respublikasının Azərbaycandakı konsulu Ceon Cun Seok, SEBA(Seul-Bakı) Azərbaycan-Koreya mədəniyyət mübadiləsi Assosiasiyasının sədr müavini İrina Zeynalova, şöbə müdiri İradə Nəcəfova, eyni zamanda ADU-nun Beynəlxalq Əlaqələr Departamentinin müdiri Nigar Sultanova, rektor məsləhətçisi Anar Osmanlı, Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova iştirak edib.

Kirayə qaldığı mənzilin əşyalarını satdı

16 May 2018 15:56

Mayın 14-də Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə Bahar qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Trampdan KƏŞF - Pəhrizi pozmadan hamburger yeməyin üsulunu tapıb

16 May 2018 15:51

ABŞ Prezidenti Donald Tramp pəhriz zamanı hamburger yeməyin yeni üsulunu fikirləşib. Prezident son zamanlar burgerləri yarım bulka ilə yeyir.

Füzulidə top mərmisi tapılıb - FOTO

16 May 2018 15:38

Füzuli rayonunun Böyük Bəhmənli kəndində su nasosu stansiyasının yaxınlığında 1 ədəd yanmış top mərmisi aşkar olunub.