Gündəm

"Naxçıvandakı uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər"

16 May 2018 16:52

Naxçıvanda yerləşdirilmiş uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Bunu Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

“Susmayın, mövqeyinizi ortaya qoyun!” — Siyavuş Novruzovdan deputatlara MÜRACİƏT

16 May 2018 16:32

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Avropada mühacir həyatı yaşayan "hüquq müdafiəçisi" Vidadi İsgəndərlinin təhqir dolu fikirlərilə əlaqədar deputat həmkarlarına çağırış edib.

Döyüş atışlı taktiki təlimləri keçirilib

16 May 2018 16:30

Əlahiddə Ümumqoşun Ordunun raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

Məhəmmədəmin Rəsulzadənin məktubları təqdim edildi

16 May 2018 16:24

Mayın 16 – da Milli Azərbaycan Tarixi Muzeyində Cümhuriyyətin 100 illiyi  münasibətilə keçirilən tədbir çərçivəsində Cümhuriyyətinin  qurucularından biri, görkəmli dövlət xadimi Məhəmmədəmin Rəsulzadənin  azərbaycanlı mühacir Süleyman Təkinərə mühacirət dövründə yazdığı və  Muzeyə hədiyyə olunmuş 29 məktubun təqdimatı keçirilib. Olaylar.az bildirir ki, muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov tədbiri açaraq, qeyd edib ki, məktublar 1950-1955-ci illər dövrünü əhatə edir. Məktublar Muzeyə Süleyman Təkinərin Bakıda yaşayan varisləri tərəfindən hədiyyə olunub. 

MTRŞ iki televiziyaya yayım hüququ verib

16 May 2018 16:19

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Xızının su təminatı yaxşılaşdırılacaq

16 May 2018 16:16

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti dövlət investisiya layihəsi çərçivəsində Xızı rayonunun Yeni Yaşma kəndinin içməli su təminatının yaxşılaşdırılması layihəsinin icrasına başlayıb.

“Türk Hava Yolları” aprel ayında 6,4 milyon sərnişin daşıyıb

16 May 2018 16:15

“Türk Hava Yolları” aviaşirkəti 2017-ci ili uğurla başa vuraraq cari ildə də öz uğurlarını davam etdirir. Milli aviadaşıyıcı həm ilin birinci rübündə, həm də aprel ayında yüksək nəticələr nümayiş etdirib.

Miqrasiya Xidmətinin əməkdaşları sahibkarlara təlim keçib

16 May 2018 16:13

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinin tənzimlənməsi, müvəqqəti olma müddətinin uzadılması və onlara müvəqqəti yaşamaq üçün icazələrin verilməsi” mövzusunda təlim keçirilib.