Flora Kərimova qızı ilə Bodrumda dincəlir - VİDEO
16 May 2018 17:02 MədəniyyətXalq artisti Flora Kərimova qızı Zümrüdlə istirahətə yollanıb.
Son vaxtlar başı əməkdar artist Röya Ayxanla qalmaqadan açılmayan sənətkar qızı ilə Türkiyənin Bodrum şəhərində məşhur istirahət məkanlarının birində dincəlir.

Bu barədə Yenicag.az-a sənətkarın yaxını Yaqut xanım bildirib:
"Zümrüd anası ilə Türkiyəyə istirahətə gedib. O, mayın 20-dən sonra İngiltərəyə qayıdacaq".
Qeyd edək ki, Zümrüd uzun illərdir ki, İngiltərədə yaşayır.
Xalq artisti qızı ilə istirahət edərkən çəkdirdiyi fotoları və videonu İnstagram səhifəsində paylaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31