Gündəm
Azərbaycan ordusu şəhid verdi
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.
ABŞ-ın paytaxtında Trans-Xəzər regionu ilə bağlı strateji müzakirələr
ABŞ-ın paytaxtı Vaşinqtonda ikigünlük Trans-Xəzər Forumuna start verilib. Forumun əsas məqsədi Trans-Xəzər region dövlətləri, o cümlədən Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan, Özbəkistan və Türkmənistan tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes, ticarət və sərmayə imkanları barədə ABŞ-ın siyasi, akademik və biznes ictimaiyyətinin məlumatlandırılmasıdır.
Tanınmış müğənninin gitarası 495 minə satıldı
Amerikalı müğənninin gitarası 495 min dollara satılıb. Amerikalı ulduz müğənni Bob Dilanın gitarası Nyu-Yorkda fəaliyyət göstərən “Julien's Auctions” hərrac evində satışa qoyulub. Gitara hərracda 495 min dollara satılıb.
İŞİD lideri zərərsizləşdirildi
İŞİD terror qruplaşmasının daha bir lideri ələ keçirildi. İŞİD liderlərindən hesab edilən Əmir Daki Yəmən polisi tərəfindən ələ keçirilib.
Laçın muğam qrupu Litvada çıxış edəcək
Mayın 21 - də Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçiriləcək. Olaylar.az bildirir ki, tədbirdə ölkəmizi Laçın muğam qrupunun üzvləri - xanənde Tuqay İsmayılov, tar ifaçısı Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov təmsil edəcək.
Xüsusi amansızlıqla öldürülən məşhur yazıçılar
Bir çox yazıçılar məşhurluğa çatmamış, bəziləri də məşhurluq şərbətinin ilk qurtumlarında ölümə yaxalanırlar. Yəni, öldürülürlər. Bəzi hallarda isə onların hansı şəraitdə və kimlər tərəfindən öldürülməsi uzun illər açılmır.
33 dərəcə isti olacaq
Ölkə ərazisində mayın 21-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Mənzildə köməksiz qalan iki azyaşlı xilas edildi
Sumqayıt şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Məleykə Əsədovanın atı - FOTO
Generaldan xəbərdarlıq: “Gözümüzü qırpmadan yerinə yetirəcəyik”
"Aralıq dənizində və Egeydə bir vəzifə xidməti olarsa, vətənimiz və millətimiz üçün gözümüzü qırpmadan yerinə yetirəcəyik. Bu mənada kimlərinsə səhv hesablar aparmaması lazımdır". Bu fikirləri Türkiyə Baş Qərargah rəisi, ordu generalı Hülusi Akar deyib.
"Onlar bu sifarişin müqabilində qrantlar alırlar" - Fəzail Ağamalı
"Son dövrlərdə müxalifətin ayrı-ayrı qanadlarının bir-birinə qarşı ittihamları onların üzündəki maskaları götürməkdədir".
Tramp səhvini başa düşdü, tviti sildi... - Amma gec idi
ABŞ Prezidenti Donald Tramp Tvitterdə xanımı Melaniya Trampın adını səhv yazıb.
Türklərin axtardığı milyarder Braziliya mafiyasının hədəfində
Qurduğu saxta bank sistemi ilə Türkiyədə 132 min insana aid 1 milyard türk lirəsini ələ keçirən Mehmet Aydın Braziliya mafiyasının hədəfinə tuş gəlib.
Rusiya XİN Azərbaycanın tənqidinə reaksiya verib
Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi konkret beynəlxalq tədbirlərdə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin nümayəndələri ilə təsadüfən “üz-üzə” gəlmək olar deyə iştirakdan imtina etməyi heç vaxt nəzərdə tutmayıb.
Almaniyada naməlum şəxs insanlara atəş açıb, ölən və yaralananlar var
Almaniyanın Saar federal torpağının Fexingen yaşayış məntəqəsində naməlum şəxs insanlara atəş açıb.














