Türklərin axtardığı milyarder Braziliya mafiyasının hədəfində
Qurduğu saxta bank sistemi ilə Türkiyədə 132 min insana aid 1 milyard türk lirəsini ələ keçirən Mehmet Aydın Braziliya mafiyasının hədəfinə tuş gəlib.
20 May 2018 11:03 DünyaQurduğu saxta bank sistemi ilə Türkiyədə 132 min insana aid 1 milyard türk lirəsini ələ keçirən Mehmet Aydın Braziliya mafiyasının hədəfinə tuş gəlib.
O, Boliviyada inşaat sektoruna böyük yatırımlar edib. Türkiyə interpolu tərəfindən axtarışa verilən Mehmet Aydının lüks həyat sürməsi isə qəddarlığı ilə tanınan Braziliya mafiyasının diqqətini çəkib. Bəzi xəbərlərə görə, o, bu səbəbdən Braziliyadan qaçmağı düşünür.
Qeyd edək ki, Türkiyədə on minlərlə insanı aldadaraq böyük valyuta ələ keçirən Aydın çəkilən son fotosunda gözlərində gün eynəyi ilə diqqətə gəlib.
Teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31