Almaniyada naməlum şəxs insanlara atəş açıb, ölən və yaralananlar var

Almaniyanın Saar federal torpağının Fexingen yaşayış məntəqəsində naməlum şəxs insanlara atəş açıb.

Almaniyanın Saar federal torpağının Fexingen yaşayış məntəqəsində naməlum şəxs insanlara atəş açıb.

Bu barədə şənbə günü yerli polisə istinadən "Saarbrücker Rundfunk" teleradio stansiyası məlumat yayıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Atışmanın terrorçuluqla bağlı olmasından hələ ki, söhbət getmir. İlkin məlumatlara görə, hadisə qurbanları bir ailənin üzvləridirlər.

Şübhəli şəxs saxlanılıb, vətəndaşlar üçün təhlükə yoxdur. Hadisənin digər təfərrüatları açıqlanmır.

Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31