Gündəm

Rusiyada təyyarə qəzası: ölən var

21 May 2018 09:59

Rusiyanın Leninqrad vilayətində "Su-29" idman təyyarəsi sərt eniş edib. Sərt eniş nəticəsində bir nəfər həlak olub. Təyyarə sərt enişi Lomonosov rayonunda Lomaxa yaşayış məntəqsi yaxınlığında edib.

Gürcüstan qumardan 5,6 milyard gəlir əldə etdi

21 May 2018 09:56

Gürcüstanda 2017-ci ildə oyun biznesindən 5,6 milyard lari (təqribən 2,3 milyard dollar) gəlir əldə olunub. Bu əvvəlki illərin göstəricisi ilə müqayisədə xeyli çoxdur. Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Məlumatda deyilir ki, bu gəlirdən dövlət büdcəsinə yalnız 332 milyon lari və yaxud da ümumi gəlirin 5,8 faizi daxil olub.

ABŞ Venesuelada keçirilən prezident seçkilərini tanımadı

21 May 2018 09:53

ABŞ Dövlət Departamenti Venesuelada keçirilən prezident seçkilərini tanımayıb. Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.

Maral Tahirqızı qəza törətdi - VİDEO

21 May 2018 09:52

Maral Tahirqızı qəza törədib. Hadisə Bakının Babək prospektində baş verib və təhlükəzlik kamerası tərəfindən lentə alınıb. Maral idarə etdiyi avtomobildə sayıqlığı itirib və “Hyundai”yə çırpılıb. Daha sonra isə yerində dövrə vurmağa başlayıb.

Yenidən prezident seçildi

21 May 2018 09:50

Venesuelanın dövlət başçısı Nikolas Maduro bazar günü keçirilən prezident seçkilərində 5,8 milyon seçici səsi (səslərin 68 faizi) toplayaraq qalib gəlib. Bu barədə ölkənin Milli Seçki Şurasının rəhbəri Tibisay Lusena bildirib.

103 yaşında vəfat etdi - Məşhur Hollivud aktrisası

21 May 2018 09:49

Hollivud aktrisası Patrişa Morison Los-Ancelesdə 103 yaşında vəfat edib. Aktrisa yaşadığı mənzildə ölü halda tapılıb.

Amerikalı general PKK terrorçuları ilə görüşdü 

20 May 2018 18:23

İŞİD-ə qarşı beynəlxalq koalisiyanın amerikalı rəsmiləri Suriyanın Menbiç bölgəsində PKK terrorçuları ilə görüşüblər. Görüşdə koalisiyanın sözçüsü general Ceyms Cerard da iştirak edib.

Neft yatağında yanğın - 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

20 May 2018 18:21

Ötən gecə Qazaxıstanın Manqistau vilayətində neft yatağında baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə hallar üzrə komitəsi məlumat yayıb.

"Ermənistanın açıqlamaları cəfəngiyyatdır"

20 May 2018 18:17

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Silahlı qüvvələrimizin hərbi qulluqçusunun şəhid olması ilə əlaqədar başsağlığı verib.  XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

Avropa, Çin və Rusiya İran üçün yeni nüvə sazişini müzakirə edəcək

20 May 2018 18:15

ABŞ İranla müzakirələrdən çəkildiyini elan edəndən sonra Avropa, Çin və Rusiya diplomatları "geriyə qalanı" xilas etmək üçün görüşməyə başlayıblar. Bunu alman mətbuatı yazıb. Məlumata görə, rəsmi Tehranın nüvə proqramının məhdudlaşdırılması qarşılığında maliyyə yardımları davam etdiriləcək. Məsələ ilə bağlı növbəti görüş gələn həftə Vyanada keçiriləcək. Görüşdə Almaniya, Fransa, İngiltərə, Rusiya və Çindən olan dövlət rəsmilərinin də iştirakı gözlənilir.

Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ifa olundu

20 May 2018 18:13

Azərbaycan Milli Konservatoriyasının “Böyük zal”ında AMK-nın tələbələrindən ibarət xorun solo konserti keçirilib. Olaylar.az bildirir ki, xorun bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəhbəri Dilarə Əliyeva, konsertmeyster Samirə Əmiraslanovadır. 

“Sahil” metrosu vaxtından tez açılacaq - RƏSMİ

20 May 2018 18:09

2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun “Sahil” stansiyasının bu il iyulun 1-də təhvil veriləcəyi bildirilsə də, stansiyanın sərnişinlərin ixtiyarında daha tez olacağı gözlənilir. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, artıq köhnə eskalatorların sökülməsi və yenilərinin quraşdırılması başa çatdırılıb: “Əvvəlcədən stansiyanın iyulun 1-də açılacağını bildirmişdik. Hələlik dəqiq vaxt bilinməsə də, işlər sürətləndiyindən “Sahil” stansiyasının iyulun 1-də deyil, daha tez açılacağını deyə bilərəm.

LG şirkətlər qrupunun sədri dünyasını dəyişib - FOTO

20 May 2018 18:06

Cənubi Koreyada LG şirkətlər qrupunun sədri Ku Bon Mu dünyasını dəyişib. Şirkətə 23 il rəhbərlik edən biznesmenin 73 yaşı olub. O, son zamanlarda bir neçə beyin əməliyyatı keçirib.

Belqrad Universitetində Cümhuriyyətinin 100 illik yubileyi 

20 May 2018 18:04

Belqrad Universitetində yaradılmış “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”ndə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, Belqrad Universitetinin müəllim və tələbə heyəti iştirak ediblər.

Xurma haqqında bilmədiyiniz 7 FAKT

20 May 2018 18:00

Quranda dəfələrlə adı çəkilən, Ramazan ayının rəmzi xurmanın faydalı xüsusiyyətləri olduqca çoxdur. Xurma bütün orqanizmə müsbət təsir edir, insana güc verir, əhvalını yaxşılaşdırır, orqanizmin tonusunu qaldırır. 1. Gün ərzində böyüklər 5-7, uşaqlar isə 1-2 iri xurma yeyə bilər. Bundan artıq yox. 2. Bəzi insanlar xurmanı yedikdən əvvəl onun qabığını soyur. Bu səhvdir. Xurmanın qabığında bir çox faydalı maddələr var.