Gündəm
Baş nazirin müavini: "Azərbaycan hökuməti hər il 100 mindən artıq iş yeri yaratmalıdır"
"Azərbaycan hökuməti hər il 100 mindən artıq iş yeri yaratmalıdır". Bunu Baş nazirin müavini Əli Əhməov “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli həyatın təbliği” adlı konfransda deyib.
Politoloq: "Bunu Abxaziya özbaşına edə bilməzdi" MÖVQE
“Rusiya Xarici İşlər Nazirliyi son açıqlaması ilə Azərbaycanın ərazi bütövlüyünə olan münasibətini ortaya qoyub. Deməli, bir müddət əvvəl Abxaziyanın “prezidenti” Raul Xadjimba və Rusiya XİN-nin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski, Dnestryanı, Cənubi Osetiya Dağlıq Qarabağ separatçılarının təmsilçiləri ilə görüşüblər. Separatçıların birgə nə müzakirə etdikləri məsələnin başqa tərəfidir”. Bunu politoloq Elxan Şahinoğlu deyib. “Hələlik görüşün özü haqqında danışaq. Azərbayca
Aqramunt AŞPA-dan istefa verdi
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) keçmiş rəhbəri Pedro Aqramunt istefa verib.
“Pul azalanda "jurnalistlərin", "siyasətçilərin" əsl siması üzə çıxır” - MÜNASİBƏT
“Azərbaycan əleyhinə apardıqları kampaniyanın müqabilində hər il jurnalist və siyasətçi adı ilə bəzi beynəlxalq qurumlardan böyük miqdarda qrant alanlar arasında qarşıdurmanın pik həddə çatıb”.
Məşhur müğənni özünə kilsə aldı: 850 minə - Foto
Amerikalı müğənni Beyons özünə kilsə alıb. İfaçının 850 min dollara aldığı kilsə Yeni Orleanda yerləşir.
Prezident İlham Əliyev qəbul keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanlı ərdən işgəncə: Uşaqlarının gözü qarşısında arvadını fahişəliyə məcbur etdi - VİDEO
Türkiyədə azərbaycanlı ər keçmiş həyat yoldaşına işgəncə verərək fahişəlik etməyə məcbur edib. Azərbaycanda orta məktəb müəllimi olan Sevinc Kərimova ərinin ona verdiyi işgəncələrdən türk mediasına danışıb və kömək istəyib. Sevinc Kərimova reklam agenti işləyən 34 yaşlı həyat yoldaşı Elmir Əliyev tərəfindən döyüldüyü üçün 5 il bundan əvvəl boşanıb. Əliyev keçmiş həyat yoldaşını tapıb və yenidən evlənmə vəd edərək onu Antalyaya gətirib. Uşaqlarının atasına inanan Sevinc Kərimova isə yaşayacağı korxunc hadisələrdən bixəbər olub.
70 yaşlı nənə 3 yaşlı nəvəsi ilə hovuzda boğuldu
Hovuza düşən qadın nəvəsi ilə birlikdə boğulub. Türkiyənin Aydın Kuşadası adlandırılan bölgəsində yaşayan 70 A.Ayşə 3 yaşlı nəvəsini gəzdirmək üçün evin həyətindəki hovuz kənarına gəlib. Hovuzun ətrafında dolaşan zaman müvazinətlərini itirərək suya düşüblər.
Toplanmış sənədlər prokurorluğa göndərildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Olaylar.az bildirir ki, reyd zamanı Kürdəmir rayonu Köhünlü kəndi ərazisində köküstə yaş 14-40 sm diametrliyində 9 ədəd ağacın kəsildiyi aşkar olunub.
Dado Natavan Həbibini belə təbrik etdi: "Çox darıxıram sənsiz..."- VİDEO
Natavan Həbibi ilə Dadonun evliliyi kimi ayrılıqları da gündəm olmuşdu. O öz sosial şəbəkələrdəki profilindən öz video çəkərək paylaşıb. O, ” Sən mənim həyatımsan, sən mənim dünyamsan. Mənim ürəyimsən. Səninlə hər şey maraqlıdı. Hətta maraqsız sayılanlar belə maraqlı gəlir. Sən mənim yanımda olanda, hisslərim sevinc hissləri ilə dolur. Hər şeyə həvəsim olur. Sən məndən uzaq olanda sanki bütün dünya dayanır.
Azərbaycanlı model alt paltarı geyinmədi - FOTOLAR
Azərbaycan nümayəndə heyəti Kaliforniya siyasi xadimlərilə görüşüblər
Kaliforniyada səfərdə olan, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycanda yaşayan müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyəti 16 may tarixində San Fransisko Şəhər Şurasının üzvü Norman Yi, 18 may tarixində isə Kaliforniya Ştat Senatoru Ceri Hill ilə görüşlər keçirib.
Trampla Mun Çje İn arasındakı telefon danışığının DETALLARI açıqlandı
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşünü Cənubi Koreya lideri ilə müzakirə edib. Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, ABŞ lideri ötən gün Cənubi Koreya prezidenti Mun Çje İnlə telefon danışığı aparıb. Liderlər öz aralarında Şimali Koreyadakı son hadisələri müzakirə ediblər. Bundan başqa, D.Tramp Kim Çen İn ilə görüşü baş tutana qədər Cənubi Koreya ilə sıx əlaqələrin vacibliyini vurğulayıb.
Konqresdə və “Heritage” fondunda Trans-Xəzər regionu müzakirəsi
Vaşinqtonda 3-cü Trans-Xəzər Forumu çərçivəsində ABŞ Konqresində brifinq və nüfuzlu “Heritage” fondunda analitik müzakirələr təşkil edilmişdir. Olaylar.az bildirir ki, ABŞ Konqresində “Trans-Xəzər regionun geostrateji əhəmiyyəti və perspektivlər” mövzusunda keçirilən panel müzakirələrin açılışında çıxış edən Amerika Xarici Siyasət Şurası nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri və bu region üzrə ABŞ-ın ən tanınmış ekspertlərindən biri olan professor Fred Star region ölkələrinin əməkdaşlıq vasitəsilə birgə işlər görməsini təqdir etmiş və bu xüsusda, həmin ölkələr tərəfindən əldə edilmiş nailiyyətlərin ABŞ ictimaiyyətinə çatdırılması baxımından forum çərçivəsində növbəti dəfə Konqresdə belə bir müzakirələrin aparılmasının əlamətdar hadisə olduğunu qeyd etmişdir.
Bölgələrdə Səyyar ASAN xidmət
Səyyar ASAN xidmət 25 may Şabran rayonunda, 30 may Biləsuvar, Zaqatala şəhərlərində, 26 may Ağstafa rayonunda, 6 iyun Xırdalan şəhərində, 9 iyun İmişli rayonunda, 25 may Buzovna qəsəbəsində, 29 may Samux şəhərində, 14 iyun Ağcabədi şəhərində, 24 may – 22 iyun Salyan şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.














