Gündəm

Nazir Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul etdi

5 İyun 2018 10:52

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas arasında tanışlıq görüşü keçirilib.

Rihanna milyarder sevgilisindən ayrıldı

5 İyun 2018 10:50

Məşhur müğənni Rihanna ərəb sevgilisi Həsən Cəmildən ayrılıb.  Rihanna münasibətdən bezdiyini deyib və ayrılıq üçün ilk addımı atıb. Müğənni mediadan gizlətdiyi sevgilisi ilə sonuncu dəfə “Grammy” mükafatlarının təqdimetmə mərasimində görüntülənmişdi.

Nazirlik araşdırdı

5 İyun 2018 10:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 60 saylı binanın qarşısında ağac kəsintisi ilə bağlı daxil olan şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Apple "IOS 12"-ni təqdim etdi

5 İyun 2018 10:47

Apple "IOS" əməliyyat sisteminin yeni versiyasını təqdim edib. Şirkətin nümayəndələrinin sözlərinə görə, yeni "IOS 12" qurğuları daha tez işlədəcək. Proqramlar qurğularda 40 faiz tez açılacaq.

"Bizə ikinci Saakaşvili lazım deyil" - Putin

5 İyun 2018 10:46

"Rusiyaya xalqın dəstəklədiyi, problemlərdən real çıxış yolları irəli sürən, pozitiv siyasətçilər lazımdır". Bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Avstriya televiziyalarından birinə müsahibə verərəkən danışıb. Onun sözlərinə görə, seçkilər zamanı klounluq etməyə gərək yoxdur:

Balaca rəssamlar mükafatlandırılacaq

5 İyun 2018 10:45

İyunun 6-da Xətai Sənət Mərkəzində “Azərbaycanım” adlı respublika uşaq rəsm festivalının bağlanış mərasimi keçiriləcək. Olaylar.az bildirir ki,  Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Dövlət Rəsm Qalereyası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan festivala eyni adlı sərgi ilə yekun vurulacaq.

Ceyranların sayı 7 minə çatdı

5 İyun 2018 10:44

Ceyranların balalama dövrü başa çatmaq üzrədir. Havaların mülayim keçdiyi illlərdə ceyranların artımı mart-aprel aylarında, nisbətən soyuq hava şəraitində isə aprel ayından iyunun əvvəlinə qədər davam edir. Olaylar.az bildirir ki, XX əsrin 40-cı illərinədək ceyranlar respublikanın Acınohur, Kürəkçay vadisində, Eldar düzündə, Sarıca, Qarabağ, Mil, Muğan, Şirvan düzlərində, Qobustan çöllərində geniş yayılıb. 1960-cı illərə qədər ceyranların sayı kəskin azalmağa başlayıb.

Dilarədən ehtiraslı rəqs -  Video

5 İyun 2018 10:43

“Eurovision” təmsilçilərimizdən olan Dilarə Kazımova bu dəfə rəqsi ilə diqqət çəkib. Müğənni Bishop Briqsin “River” adlı mahnısının sədaları altında ehtiraslı rəqs nümayiş etdirib. 

DSMF-nin binası qəsdən yandırılıb:sənədlər yanıb - İDDİA

5 İyun 2018 10:39

Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və ona tabe olan qurumlarda yoxlama apardığı bir vaxtda Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yanğın baş verməsi çox ciddi iddiaların ortaya çıxmasına səbəb olub. , Fövqəladə Hallar Nazirliyi DSMF-də baş verən yanğınla bağlı yaydığı rəsmi məlumat  iddialarda yer alan məlumatların həqiqətlə əlaqəsinin olmasını bir qədər də inandırıcı edib. Yada salaq ki, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi doqquzmərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 kv.metr olan iş otağında ofis mebelləri və sənədlər yanıb. Digər otaqlar isə yanğından mühafizə olunub.

“ASAN xidmət” mərkəzində onlayn hüquq xidməti

5 İyun 2018 10:37

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Gəncə “ASAN xidmət” mərkəzində onlayn hüquq xidmətinin həyata keçirilməsinə başlanılıb. Olaylar.az bildirir ki, vətəndaşlar e-hüquq kabinetlərinə yaxınlaşaraq onlayn şəkildə hüquq xidmətlərindən yararlana bilirlər.

“Diriliş Ertoğrul”un aktyoru Bakıda

5 İyun 2018 10:33

​​​​​​​ “Diriliş Ertoğrul” serialının Bahaduru Ərtoğrul Postoğlu həyat yoldaşı İlkay Özdin Postoğlu ilə birgə Bakıya gəlib. Olaylar.az bildirir ki, cütlük Musiqili Teatrın qonağı olub. Aktyor teatrla tanış olduqdan sonra təəssüratlarını bölüşüb:

ASAN Viza Gəncə və Qəbələ Beynəlxalq Hava limanlarında 

5 İyun 2018 10:31

Gəncə və Qəbələ Beynəlxalq Hava limanlarında ASAN Viza özünəxidmət terminalları vasitəsi ilə əcnəbilərə vizaların verilməsinə başlanılıb. Olaylar.az bildirir ki, ASAN Viza vasitəsi ilə hava limanlarında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin edilir.

Tibb sahəsində YENİLİK: Vəfat etmiş xarici donoru da ölkəmizə gətirmək mümkün olacaq

5 İyun 2018 10:28

Xaricdən Azərbaycana ölü donorun və hissələrinin gətirilməsinə və ölkədən xaricə göndərilməsinə icazə verilir.  Bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilir.

ABŞ paytaxtında Azərbaycan Milli Günü 

5 İyun 2018 10:26

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq bəyannamə imzalamışdır. Olaylar.az bildirir ki, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması bildirilir.

Putin yarıçılpaq şəkillərindən danışdı

5 İyun 2018 09:48

Rusiya prezidenti Vladimir Putin sinəsi açıq çəkdirdiyi fotoşəkillərdə heç bir eyib görmədiyini dilə gətirib. Bunu rusiyalı dövlət başçısı Avstriyanın ORF telekanalına verdiyi müsahibədə bildirib. Telekanalın jurnalisti “yarıçılpaq” görkəmdə şəkil çəkdirməyin dövlət lideri üçün kifayət qədər təəccüblü olduğunu dilə gətirib və Kremlin nə üçün belə fotoları yaydığını öyrənməyə çalışıb.