Gündəm
Deputat: "Prezident seçkilərinin nəticəsi Azərbaycan xalqının zəfəridir"
Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticəsi Azərbaycan xalqının zəfəridir. Bunu Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında çıxışı zamanı Milli Məclisin deputatı Rafael Hüseynov deyib.
Prezident Administrasiyası: "Türkiyə Azərbaycanla münasibətləri daha da möhkəmləndirəcək"
Türkiyə qardaş ölkə Azərbaycanla münasibətləri daha da möhkəmləndirəcək.
Bəhruz Quliyev: "Türkiyə xalqı Ərdoğan siyasətinin uğurlu davamına səs verdi"
Rəcəb Tayyib Ərdoğanın və partiyasının qələbəsi Türkiyənin istər regionda, istərsə də beynəlxalq aləmdə apardığı çoxşaxəli və uğurlu siyasətin davam etdiriləcəyindən xəbər verir. Bunu siyasi ekspert Bəhruz Quliyev ötən gün qardaş ölkədə keçirilən seçkilərin nəticələrinə münasibət bildirərkən deyib.
Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Rövnəq Abdullayev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq AbdullayevTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
Səfər Mehdiyev Qax şəhərində vətəndaşları qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.
DGK sədri "Mazımçay" gömrük postunda mövcud vəziyyətlə tanış olub
İyunun 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda mövcud vəziyyətlə tanış olub.
Texniki nəzarət vasitələrinin tətbiqinə dair seminar keçirilib
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində "Axtarış və eyniləşdirmə texniki nəzarət vasitələri" mövzusunda seminar keçirilib.
Millət vəkili: “Türkiyənin güclənməsi Azərbaycanın güclənməsi deməkdir"
“24 iyunda Türkiyə Respublikasında prezident və parlament seçkilərində AK Partiyası qələbə qazanıb. Təbii ki, bu qələbə gözlənilən idi. Çünki, türk xalqı prezident Rəcəb Tayyip Ərdoğanın siyasətindən razıdır və son illər ərzində Türkiyənin beynəlxalq mövqeləri möhkəmlənib, ölkə inkişaf yolundadır”. Bunu millət vəkili Azər Badamov deyib.
Aydın Mirzəzadə: "Türkiyədə qazanılan qələbə ümumi Türk dünyasının uğurudur"
“Türkiyədə gərgin keçən siyasi mübarizəyə baxmayaraq, qardaş ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın və onun rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) qalib gələcəyi şəksiz idi. Mətbuatda verilən proqnozlarda Yeni Azərbaycan Partiyasının nümayəndələri bir qayda olaraq Türkiyədə məhz indiki dövlət başçısının və onun siyasi partiyasının qalib gələcəyini inamla bildirirdilər”.
Qənirə Paşayeva Azərbaycanla bağlı çağırış etdi
Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bu gün AŞPA-nın yay sessiyasının ilk günü Assambleyada müzakirə olunan iki sənəd “Progress report” və “Azərbaycanda erkən prezident seçkilərinin müşahidəsi” adlı qətnamə layihələrinin müzakirəsində çıxış edib.O, təşkilatı Azərbaycana qarşı ikili standarlara son qoymağa çağırıb:
Piyadanı vurub öldürən sürücü saxlanıb
Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
İyunun 23-24-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 8,7 kiloqrama yaxın narkotik vasitə və xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb, həmçinin yabanı halda bitmiş, çəkisi 5 tona yaxın 10 min ədədə qədər çətənə kolları məhv edilib.
1 yaşlı qız əmisinin maşını altında qalıb
Bakı sakini 1 yaşlı qardaşı qızını maşınla vuraraq öldürüb.














