Prezident Administrasiyası: "Türkiyə Azərbaycanla münasibətləri daha da möhkəmləndirəcək"
Türkiyə qardaş ölkə Azərbaycanla münasibətləri daha da möhkəmləndirəcək.
25 İyun 2018 17:15 SiyasətTürkiyə qardaş ölkə Azərbaycanla münasibətləri daha da möhkəmləndirəcək.
Bu barədə ötən gün Türkiyədə keçirilmiş seçkilərdən sonra Bakı ilə Ankaranın münasibətlərini şərh edərkən Türkiyə Prezident Administrasiyasından deyiblər.
Qeyd olunub ki, hazırda Ankara və Bakı möhkəm siyasi, iqtisadi, hərbi və mədəni əlaqələrə malikdir:
"Türkiyə və Azərbaycan əvvəl olduğu kimi bütün sahələrdə bir-birlərini dəstəkləyəcək".
Administrasiyadan bildiriblər ki, Azərbaycan Türkiyənin ən etibarlı tərəfdaşı və müttəfiqidir.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31