Gündəm

Səidə əri ilə fotosunu paylaşdı

28 İyun 2018 10:37

Müğənni Səidə Dadaşova həyat yoldaşı ilə fotosunu paylaşıb. Sənətçi şəklə “Ürəyim, can yoldaşım” şərhini yazıb.

Tramp Çinlə "ticarət müharibəsi"ndə geri addım atdı

28 İyun 2018 10:25

ABŞ prezidenti Donald Tramp Çinə qarşı başlatdığı xarici investisiya məhdudlaşdırılmasında geri addım atıb. Prezidentlik səlahiyyəti yerinə konqresin çıxaracağı tənzimləmə nəzərə alınacaq.  Tramp ABŞ Maliyə Nazirliyinə verdiyi göstərişlə aparılan qiymətləndirmə nəticəsində yeni qərar qəbul edib. ABŞ prezidenti xarici investisiya tədbirlərinə dair ən yaxşı variantın Konqresdə müzakirə edilən Xarici İnvestisiya Risklərini Qiymətləndirmə və Modernləşdirmə Qanununun olduğuna qərar verib.

14 yaşında ərə verilən qızın atası haqdaŞOK məlumat - VİDEO

28 İyun 2018 10:21

Bakıda ana 14 yaşlı qızını ərə verir. Atası isə qızının toyunu dəvətnamə paylanılanda qohumlarından eşidib. Belə bir hadisə ilə Lerik rayon sakini Mirtəmən Sadıqov qarşılaşıb. Onun iddiasına görə, keçmiş həyat yoldaşı yetkinlik yaşına çatmayan qızını ondan xəbərsiz ərə verir.

İstanbul su altında qaldı

28 İyun 2018 10:08

Türkiyənin İstanbul şəhərində güclü leysan yağışları yağıb. Şimşək və göy gurultusu ilə müşayiət edilən yağışlar meqapolisdə həyatı iflic edib. Kanalizasiya xətlərinin dolması nəticəsində yağış suları küçələrdə toplanıb və tunelləri, evləri su basıb.

“Xəzər”dən ATV-yə keçdi

28 İyun 2018 10:05

Aparıcı Lətafət Ələkbərovanın növbəti iş yeri bəlli olub. O, ATV-də işə başlayıb. Lətafət bu gün “ATV səhər”in aparıcısı kimi efirə çıxıb. Ələkbərova proqramı əməkdar artist Əkbər Əlizadə ilə birlikdə aparır. 

Xoşqədəmin verilişində fasilədə elə şeylər yaşandıki: Aparıcı başını tutub qaçdı-VİDEO

28 İyun 2018 08:05

Xoşqədəm Hidayətqızının verilişinin pərdə arxasında gərgin anlar yaşanıb. Çinarənin axtarışlarının davam etdiyi bu günlərdə ailəsi və həyat yoldaşının ailəsi arasındakı gərginliklər yaşanmaqda davam edir.

Aygün Kazımova efirdə aparıcını soyundurdu - Video

28 İyun 2018 08:03

Xalq artisti Aygün Kazımova "V element" verilişinin qonağı olub. Sənətçi həmişə olduğu kimi bu dəfə də maraqlı hərəkəti ilə yadda qalıb.

Məşhur realiti şounun əməkdaşı qətlə yetirildi

28 İyun 2018 07:57

Türkiyənin məşhur realiti –şousu “Survivor” da çalışan gənc operator öldürüldü. Olaylar.az türk mediasına istinadən bildirir ki, bu haqda açıqlama verən TV8 kanalının rəhbəri və "Survivor" verilişinin aparıcısı Acun Ilıcalı bildirib ki, çəkilişləri Dominikda həyata keçirilən yarışmanın 24 yaşlı operatoru Alper Baycın Las Terrenas küçəsində gəzərkən iki soyğunçu tərəfindən basqına məruz qalıb.

Qoruyucu kremlərin yayda istifadə edilməməsi xəstəliklərə səbəb ola bilər

28 İyun 2018 07:46

Dəri xəstəliklərinin çox böyük əksəriyyəti günəş şüalarının təsiri nəticəsində yaranır. Xüsusilə çimərlik mövsümü zamanı həmin xəstəliklərin yaranması ehtimalı artır. Həmin təsir nəticəsində dəri xərçənginin yaranması da istisna edilmir. Günəş şüalarının təsiri nəticəsində dərinin iltihabı reaksiyaları müşahidə olunur. Eyni zamanda, yay aylarında tərləmə nəticəsində dəridə gedən dəyişikliklər göbələk, uzun müddət günəş şüaları altında qaldıqda qırmızı qurd eşənəyi, sklerodermiya və digər dəri xəstəlikləri əmələ gətirə bilər.

“Milli Ön” terminalları “ASAN Ödəniş”də

28 İyun 2018 07:43

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Komtek şirkətinin birgə əməkdaşlığı nəticəsində “Milli Ön” terminallarının “ASAN Ödəniş” dövlət informasiya sisteminə inteqrasiyası üzrə işlər uğurla başa çatdırılıb. Artıq vətəndaşlar və hüquqi şəxslər özlərinin inzibati cərimə ödənişlərini “Milli Ön” ödəniş terminalları vasitəsilə də həyata keçirə bilərlər.

Çirkab suların çaya axıdılmasının qarşısı alındı

28 İyun 2018 07:37

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə İsmayıllı-Lahıc avtomobil yolunun kənarında fəaliyyət göstərən “Dağ Şəlaləsi” istirahət mərkəzində formalaşan çirkab suların birbaşa Girdiman çayına axıdılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Olaylar.az bildirir ki, sözügedən əraziyə keçirilən baxış zamanı istirahət mərkəzində ekoloji və sanitar qaydalara riayət olunmadığı, primitiv üsulla inşa edilmiş sanitar qovşaqda əmələ gələn çirkab suların birbaşa Girdiman çayına axıdıldığı faktı öz təsdiqini tapıb.

Həyat yoldaşı saqqal saxladığı üçün ayrılmaq istədi

28 İyun 2018 07:34

Hindistanlı  kişi evləndikdən bir həftə sonra həyat yoldaşından ayrılmaq qərarına gəlib. Olaylar.az türk mediasına istinadən bildirir ki, şərti adı Rupeş olan şəxs həyat yoldaşının üzündə saqqal saxladığı və kişi səsi ilə  danışdığı üçün ondan ayrılmaq istəyib.

Planşetdən istifadə bu xəstəliklərə səbəb olur: Diqqətli olun

28 İyun 2018 07:19

Alimlər planşetdən istifadə və onurğa sütununda problemlərin yaranması arasında birbaşa bağlılıq aşkar ediblər. Nevada Universitetinin alimlərinin qənaətinə görə, planşetdən istifadə boyun nahiyəsində ağrıların yaranmasına birbaşa təsir edir. Bu haqda “Science News” nəşri yazıb.

7 illik fasilədən sonra...

28 İyun 2018 07:18

182 bədii film, 7 televiziya serialında rol alan məşhur türkiyəli aktyor yenidən çəkiliş meydanında görünəcək. Olaylar.az türk mediasına istinadən bildirir ki, 7 illik fasilədən sonra Kadir İnanır “Qapı” adlı filmlə kameralar önünə keçəcək.