Məşhur realiti şounun əməkdaşı qətlə yetirildi
Türkiyənin məşhur realiti –şousu “Survivor” da çalışan gənc operator öldürüldü. Olaylar.az türk mediasına istinadən bildirir ki, bu haqda açıqlama verən TV8 kanalının rəhbəri və "Survivor" verilişinin aparıcısı Acun Ilıcalı bildirib ki, çəkilişləri Dominikda həyata keçirilən yarışmanın 24 yaşlı operatoru Alper Baycın Las Terrenas küçəsində gəzərkən iki soyğunçu tərəfindən basqına məruz qalıb.
28 İyun 2018 07:57 DünyaTürkiyənin məşhur realiti -şousu "Survivor" da çalışan gənc operator öldürüldü.
Olaylar.az türk mediasına istinadən bildirir ki, bu haqda açıqlama verən TV8 kanalının rəhbəri və "Survivor" verilişinin aparıcısı Acun Ilıcalı bildirib ki, çəkilişləri Dominikda həyata keçirilən yarışmanın 24 yaşlı operatoru Alper Baycın Las Terrenas küçəsində gəzərkən iki soyğunçu tərəfindən basqına məruz qalıb. Çantasını soyğunçulara təslim etmək istəyən Alper Baycan onlar tərəfindən ürəyindən bıçaq zərbəsi alıb və hadisə yerindəcə vəfat edib.
Hadisə ilə bağlı social media hesabından açıqlama verən Acun Ilıcalı soyğunçuların artıq həbs olunduğunu bildirib.