İran ABŞ-nin sanksiyaları ilə əlaqədar BMT-yə müraciət etdi

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin İrana qarşı həyata keçirdiyi iqtisadi sanksiyalarla əlaqədar BMT-nin baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasının üzvlərinə məktub göndərib.

Olaylar xəbər verir ki, məktubda ABŞ-nin İrana qarşı "iqtisadi terrorizm siyasəti" yürütdüyü bildirilib.

Əraqçi BMT-ni ABŞ-nin addımlarını pisləməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31