Ziroat Mirziyoyeva Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Avqustun 26-da Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Ziroat  Mirziyoyeva Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək, səmimi arzularını çatdırıb.

O, bir neçə gün əvvəl Azərbaycanın Birinci vitse-prezidenti ilə Özbəkistanda görüşlərini ən xoş təəssüratlarla xatırlayıb.

Ziroat Mirziyoyeva Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin, nəcib təşəbbüslərinin yalnız Azərbaycanda deyil, bütün dünyada böyük rəğbət qazandığını vurğulayıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva göstərilən diqqətə və təbriklərə görə Ziroat Mirziyoyevaya təşəkkür edib.

Birinci vitse-prezident Mehriban Əliyeva da öz növbəsində Özbəkistana səfərini məmnunluqla xatırlayaraq, göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31