Gündəm
Bu yollarda rənglənmə işləri aparılır
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə səhər saatlarından Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun, Sumqayıt dairəsidən H.Z. Tağıyev qəsəbəsi istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.
Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır
Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.
BŞTİ-nin müdiri vəzifəsinin icrası Məhəbbət Vəliyevaya həvalə edilib
Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinin icrası təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya həvalə edilib. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub.
8 uşağı qətlə yetirdi - 6 uşağı da öldürəcəkdi FOTO
İngiltərədə 28 yaşlı tibb bacısı körpə uşaqları öldürməkdə ittiham olunur. Olaylar.az türk mediasına istinadən bildirir ki, 2011 –ci ildən Liverpul şəhərində yerləşən “Countess of Chester” xəstəxanasında çalışan Luci Letbini ətrafdakılar xeyriyyəçi biri olaraq tanıyıb. Son günlər xəstəxanada naməlum msəbəblərdən 8 uşağın vəfat etməsi hər kəsin təəccübünə səbəb olub.
"Yaşın nə dəxli var, sevgi azaddır" - 65 yaşlı əməkdar artist
Əməkdar artist Rühəngiz Allahverdiyeva "5/5" verilişinin qonağı olub. 65 yaşlı müğənni aparıcının sevgi ilə bağlı suallarını cavablandırıb.
"Asteroid günü" münasibəti ilə yay düşərgəsi
MEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında kosmologiya və astronomiyaya aid Azərbaycanda ən böyük düşərgə olan "Asteroid Günü" I Kosmologiya Yay Düşərgəsi keçirilib. Məqsəd rəsədxanada aparılan nəzəri astrofizika, kosmologiya, astronomiyaya dair tədqiqatlarla tanış olmaq, kosmik elmi bilikləri təbliğ etmək, fikir mübadilələri və müzakirələr aparmaq idi.
6 ayı ərzində 2161 ədəd müxtəlif növ balıq ovlanıb
6 ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə araşdırma aparılıb. Olaylar.az bildirir ki, araşdırma zamanı qanun pozuntularına görə 63 akt və 79 protokol tərtib edilib. Tədbir görülməsi üçün 68 iş hüquq-mühafizə orqanlarına göndərilib.
Britaniyada təcili iclas keçiriləcək
Britaniyanın DİN rəhbəri Cadcid Cavid Eymsberidəki hadisə ilə bağlı təcili iclas keçirəcək. Bu barədə daxili işlər naziri "Twitter"də bildirib. "Bu, mart ayında Solsberi baş vermiş ağılsız və barbar hücumundan sonra baş verdi. Mən sabah istintaqla bağlı fövqəladə komitəsinin görüşündə sədrlik edəcəm" – deyə Cavidin, bəyanatda deyilir.
“Yuğ” Teatrında yeni tamaşa
“Yuğ” Dövlət Teatrı mövsümə iyulun 15-də A.P.Çexovun əsəri əsasında hazırlanmış “Təklif” tamaşası ilə yekun vuracaq. Rejissor Günay Səttarovanın quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı Əməkdar Rəssam Rəşid Şerif, musiqi tərtibatçısı Əməkdar Artist Vüqar Camalzadə, rejissor assistenti Sabir Məmmədovdur.
4380 manat məbləğində ziyan
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Olaylar.az bildirir ki, reyd zamanı Gəncə şəhəri, Kəpəz rayonu, M.Hüseynzadə küçəsində köküstə yaş 16 ədəd lüqustr ağacının kəsildiyi və təbiətə 4380 manat məbləğində ziyan dəydiyi məlum olub.
Atatürkün xidməti avtomobili bərpa edildi
Mustafa Kamal Atatürkün 1935 ci il Lincolin markalı xidməti maşını restavrasiya edildikdən sonra Anıtqəbirdə rəsmi mərasimlə təqdim edilib. Olaylar.az bildirir ki, avtomobilin yenidən bərpa edilməsi və təqdimat mərasimi Antik Avtomobillər Federasisayası həyata keçirib. Lincolin markalı avtomobilin restavrasiya işlərinin 2 il 4 ay davam etdiyi açıqlanıb.
Kəsgin istilər 6 nəfərin həyatına son qoydu
Kanadanın Quebek əyalətində son bir həftə ərzində havaların kəskin istilənməsi ilə əlaqədar 6 nəfərin həlak olduğu bildirilir. Olaylar.az bildirir ki, Montreal Xlaq Sağlamlığı mərkəzinin rəhbəri açıqlamasında bildirib ki, son günlər ölkədə 40 47 dərəcə istilər müşahidə olunur. Hava şəraitinin kəsgin isti olması səbəbi ilə təcili yardım mərkəzlərinə 600 müraciət daxil olub. Ən son 2010 –cü ildə kəsgin istilər nəticəsində 106 nəfər dünyasını dəyişib.
Havada müşahidə olunan duman meteoroloji şəraitlə bağlıdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Milli Monitorinq Departamentlərindən alınan məlumata görə Bakıda və Abşeron yarımadasında uzun müddət davam edən qızmar isti hava şəraiti, eyni zamanda gecə və səhər saatlarında müşahidə olunan normadan yüksək nisbi rütubət havanın durğun keçməsinə səbəb olub.
Ramil Usubov: Təxribata çağıranlar haqqında tədbir görülməsi davam etdirilir
Bəzi təxribata çağırışlar olur, həmin adamları müəyyənləşdiririk və qanun çərçivəsində onlar haqqında tədbir görülməsi davam etdirilir. Bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə zamanı deyib.











