"Asteroid günü" münasibəti ilə yay düşərgəsi
MEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında kosmologiya və astronomiyaya aid Azərbaycanda ən böyük düşərgə olan "Asteroid Günü" I Kosmologiya Yay Düşərgəsi keçirilib. Məqsəd rəsədxanada aparılan nəzəri astrofizika, kosmologiya, astronomiyaya dair tədqiqatlarla tanış olmaq, kosmik elmi bilikləri təbliğ etmək, fikir mübadilələri və müzakirələr aparmaq idi.
5 İyul 2018 09:51 SosialAMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında kosmologiya və astronomiyaya aid Azərbaycanda ən böyük düşərgə olan "Asteroid Günü" I Kosmologiya Yay Düşərgəsi keçirilib.
Məqsəd rəsədxanada aparılan nəzəri astrofizika, kosmologiya, astronomiyaya dair tədqiqatlarla tanış olmaq, kosmik elmi bilikləri təbliğ etmək, fikir mübadilələri və müzakirələr aparmaq idi.
Həvəskar Astronomlar Qrupunun təşkil etdiyi düşərgədə rəsədxananın şöbə müdiri, f.ü.f.d, dosent Ədalət Ətayi Azərbaycanda astronomiya elminin müasir vəziyyəti və perspektiv inkişaf istiqamətlərinə dair elmi-populyar məruzə edib.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb.