ABŞ 75 ölkənin vətəndaşları üçün immiqrasiya vizaları qadağasını ləğv edib
20:48 DünyaABŞ-da məhkəmə Amerika Dövlət Departamentinin 75 ölkə vətəndaşlarına immiqrasiya vizalarının verilməsini dayandırmaq qərarının qarşısını alıb.
Bu barədə Nyu-York Cənub Dairəsi üzrə federal məhkəmənin qərarında deyilir.
"Sözügedən 75 ölkədən olan müraciətçilərə immiqrasiya vizalarının verilməsinin tam dayandırılması siyasəti qanunvericiliyə zidd olduğundan və səlahiyyətlərin aşılması hesab edildiyindən məhkəmənin qərarı ilə ləğv edilməlidir", - sənəddə qeyd olunur.
Yanvar ayında Dövlət Departamenti 75 ölkə vətəndaşlarına immiqrasiya vizalarının verilməsini dayandırmışdı. Məhdudiyyətlərin tətbiq olunduğu ölkələr siyahısına Rusiya ilə yanaşı Azərbaycan, Ermənistan, Belarus, Braziliya, Gürcüstan, Misir, İran, Qazaxıstan, Qırğızıstan, Kuba, Suriya və Özbəkistan daxil edilmişdi.