"Kuytulcular" təşkilatına qarşı əməliyyat: 56 şübhəli məhkəməyə gətirilib

Türkiyədə "Furkan Vəqfi"nə qarşı həyata keçirilən əməliyyat çərçivəsində saxlanılan 56 nəfər hakim qarşısına çıxarılıb.

Əməliyyat zamanı vəqfin təsisçi rəhbəri Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytulla bərabər təşkilata yaxın şəxxslər də saxlanılıblar.

Adana Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində Vilayət Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsinin 19 avqustda keçirdiyi əməliyyat nəticəsində 32 şübhəlinin həbsindən sonra daha 24 nəfər saxlanılıb.

"Kuytulcular" kimi tanınan təşkilatın üzvləri "qanunsuz birlik yaratmaq və idarə etmək", "cinayət yolu ilə əldə edilən aktivlərin yuyulması", "dələduzluq", "rəsmi sənədlərin saxtalaşdırılması" və "vergidən yayınma"da ittiham olunurlar.

Araşdırma zamanı 349 nəfərin sosial mediada təşkilatın xeyrinə fəaliyyət göstərdiyi müəyyən edilib və onların hesabları bloklanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31