Gündəm

Milli Məclisin sədri deputatlara zalda səs saldıqlarına görə xəbərdarlıq edib

27 Noyabr 2018 17:49

Milli Məclisin bu gün keçirilən plenar iclasının ikinci hissəsində parlamentin sədri Oqtay Əsədov deputatlara xəbərdarlıq edib. Spiker deputatların zalda səs saldıqlarına görə narazılığını bildirib.

Deputatlar 2019-cü ilin dövlət büdcəsini müzakirə etdilər

27 Noyabr 2018 16:31

Dünən Milli Məclisinin plenar iclası başlayıb. Noyabrın 30-da da davam etdiriləcək iclasın gündəliyinə 58 məsələ daxil olunub. Deputatlar 2019-cu ilin dövlət büdcəsi layihəsini ikinci və üçüncü oxunuşda müzakirə edəcəklər. Bundan başqa, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "Dərman vasitələri haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Sığorta fəaliyyəti haqqında" və s. qanunlara, eləcə də Cinayət Prosessual, İnzibati, Mənzil, Vergi məcəllələrinə dəyişiklik layihələrinə də baxılacaq.

"Paşinyanın bəyanatı ikitərəfli görüş ərəfəsində Ermənistanın səmimiliyinə dair şübhələr doğurur"

27 Noyabr 2018 16:26

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın səsləndirdiyi və danışıqlar prosesinə Dağlıq Qarabağın cəlb edilməsi ilə bağlı artıq ifadə etdiyi əsassız fikri təkrar edən bəyanatı seçki öncəsi daxili auditoriya üçün nəzərdə tutulsa belə, münaqişənin onsuz da zəif olan həlli prosesinə xələl gətirir və Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi nəticəsində yaranmış "fait accompli" vəziyyətini möhkəmləndirmək niyyətini nümayiş etdirir.