Azərbaycan Prezidenti Çeçenistana səfər edəcək

"Mən atam Heydər Əliyevin xatirəsinə olan belə hörmətə və belə gözəl bağın yaradılmasına görə təşəkkürümü bildirmək istərdim".

Bunu Azərbaycan Prezidenti İlham Əliyevnoyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, bu, bizim hamımız üçün çox vacibdir: "Çox minnətdaram və öz tərəfimdən demək istərdim ki, Azərbaycanda da, həmçinin xalqınız üçün ən çətin illərdə xalqı tərəqqi yolu ilə aparan və öz dini, öz xalqı və gələcək naminə şəhid kimi özünü qurban verən Çeçenistan Respublikasının rəhbəri Hacı Əhməd Kadırovun xatirəsinə böyük hörmətlə yanaşırlar. Siz bilirsiniz ki, valideynlərimizi də yaxın münasibətlər bağlayıb. Biz bu ənənəni davam etdiririk. Belə də olmalıdır. Əminəm ki, irəliyə doğru gedəcəyik və əlbəttə, böyük məmnuniyyətlə Sizin dəvətinizi qəbul edirəm, səfər edəcəyəm".

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31